“Roskomnadzor” (Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiya sahəsinə nəzarət üzrə federal xidmət) 2018-ci ildən Facebook-u bloklamağa hazırlaşır, əgər şirkət rusiyalıların bütün şəxsi məlumatlarını Rusiya ərazisinə keçirməsə. Bu haqda qurum rəhbəri Aleksandr arkov bildirib.
“Qanun hamı üçün mütləqdir. İstənilən halda biz ya qanuna riayət olunmasına nail olacağıq, ya da şirkət Rusiya Federasiyası ərazisində fəaliyyətini dayandırmalı olacaq, təəssüf ki, Linkedin misalında olduğu kimi. Burada ististalar yoxdur”, – məmur bildirib.
Jarov xatırladıb ki, Twitter artıq 2018-ci ilin ortalarına qədər məlumatları bura köçürməyə razılıq verib.
2015-ci ilin sentyabrından Rusiya qanunvericiliyinə görə bütün servislər rusiyalılarla bağlı bütün məlumatları məcburi şəkildə Rusiyada saxlamalıdır. Üstəlik qanunun bu tələbinin pozulmasına görə cəza verilməsi, servisin bloklanmasına qədər yalnız “Roskomnadzor”un yoxlamalarından sonra mümkündür. Google, Twitter və Facebook kimi nəhəng servislərlə bağlı belə yoxlamalar hələlik həyata keçirilməyib.
2016-cı ildə, qanun qüvvəyə minəndən bir il sonra Rusiyada peşəkar əlaqələr üçün nəzərdə tutulmuş Linkedin sosial şəbəkəsi bloklanıb.