Rusiya XİN başçısının Abxaziyada iki günü: kiminlə və nə müzakirə etdi və harada oldu
Rusiya xarici işlər naziri Sergey Lavrov Abxaziyada hadisələrlə zəngin iki gün keçirdi və səfərini aprelin 19-da sona çatdırır.
Rəsmi Tbilisi Rusiya XİN başçısının Abxaziyaya səfəri ilə bağlı etirazını ifadə etdi və bunu “provokasiya” adlandırdı.
Abxaziya üçünsə Sergey Lavrovun səfəri aprelin ən mühüm hadisələrindən birinə çevrildi və Suxum sakinlərində böyük maraq oyatdı.
Səfər zamanı hər hansı yeni sənədlər və müqavilələr imzalanmasa da, bir neçə bəyanat verildi, onları da Rusiya üçün onun Abxaziya ilə münasibətlərində hələ də vacib olan məqamların təsbiti hesab etmək olar.
RF səfirliyinin Abxaziyada yeni binasının açılışı
Rəsmi olaraq onun səfəri Suxumda Rusiyanın Abxaziyadakı səfirliyinin yeni bina kompleksinin təntənəli açılış mərasimində iştirakla bağlı idi. Açılış mərasimi də aprelin 18-də baş tutdu.
“Bütün diplomatlarımızı yeni binanın açılışı ilə təbrik etmək istəyirəm. Abxaz xalqı ilə dostluğumuz da əbədi olsun”, – tədbirin rəsmi hissəsini açan Lavrov dedi.
Lavrod onu da qeyd etdi ki, səfirliyin binasında çox güman ki, Suxumda 2013-cü ildə qətlə yetirilən rusiyalı diplomatlar Dmitri və Olqa Vişernyovların xatirə lövhələri asılacaq.
Rəsmi görüşlər
Rusiyanın xarici işlər naziri Abxaziya prezidenti Raul Xadjimba və respublikanın XİN başçısı Daur Kove ilə görüşüb.
Görüşün böyük hissəsi bağlı qapılar arxasında, jurnalistlərin iştirakı olmadan keçib. Xadjimba jurnalistlərə ancaq onu bildirib ki, müzakirə olunacaq məsələlər arasında aşağıdakılar var:
[yes_list]
- Rusiya-Abxaziya sərhədinin mühafizəsi;
- Abxaziya vətəndaşlarına Rusiya vətəndaşlığının verilməsi;
- Abxaziyanın 2015-2017-ci illər üzrə sosial-iqtisadi inkişafına dəstək
[/yes_list]
Rusiya–Abxaziya sərhədinin mühafizəsi
“Abxaziya Respublikasının təhlükəsizliyi ən etibarlı şəkildə RF və Abxaziya Respublikasının dövlətlərarası müqaviləsi ilə təsbit olunan münasibətlər və xaricdən hər hansı təcavüzkar qəsdlərin təkrar olunmamasının təmin edilməsi üçün görülən konkret tədbirlərlə təmin olunur”, – Abxaziya prezidenti Raul Xadjimba ilə görüşün yekununda Sergey Lavrov deyib, “Abxaziya-inform” agentliyi xəbər verir.
Abxaziyanın beynəlxalq təşkilatlarla əməkdaşlığı
Jurnalistlərin suallarını cavablandırarkən Lavrov deyib ki, Moskva Abxaziyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əməkdaşlığını alqışlayardı. Eyni zamanda onu da qeyd edib ki, istənilən təşkilatda tamhüquqlu üzv və ya müşahidəçi statusu almaq üçün onun bütün üzvlərinin konsensusuna nail olmaq lazımdır.
Abxaziya vətəndaşları üçün Rusiya vətəndaşlığı
“Abxaziya vətəndaşları üçün Rusiya vətəndaşlığının alınması prosedurası nə vaxt sadələşdiriləcək”, – sualı da mətbuat konfransında səsləndirildi.
Sergey Lavrov qeyd etdi ki, Rusiya tərəfi Abxaziyaya 2016-cı ildə ikili vətəndaşlıq barədə müqavilə imzalamağı təklif edib – indi də onun operativ şəkildə qəbul olunacağını gözləyir. RF XİN başçısının qeyd etdiyinə görə, “bu, Rusiya vətəndaşlığının sadələşdirilmiş şəkildə verilməsi praktikasını davam etdirməyə kömək edəcək”.
Abxaziya prezidenti Raul Xadjimba dedi ki, hazırda layihə Nazirlər kabinetindədir, sonra da baxılması üçün parlamentə təqdim olunacaq.
Rusiyadan Abxaziya vasitəsiylə Ermənistana yük tranziti
“Rusiyadan Abxaziya vasitəsiylə Ermənistana yük tranzitinin bərpası məsələsi müzakirə olunubmu?” – deyə jurnalistlər sual verdi.
“Rusiya tərəfinin tranzitin bərpası ilə bağlı heç bir problemi yoxdur”, – Sergey Lavrov cavab verdi və vurğuladı ki, bunun üçün “hüquqi əsas var”.
Sergey Lavrov RF ilə Ümumdünya Ticarət Təşkilatı arasında Rusiyanın 2011-ci ildə bu təşkilata üzv olduğu zaman əldə olunan razılaşmaları nəzərdə tuturdu.
“Bilirik ki, Ermənistandakı həmkarlarımız tranzitin bərpasında maraqlıdır. Abxaziya Respublikasının prezidenti dedi ki, Abxaziya narazı deyil. Ona görə də yəqin ki, bu artıq bizdən deyil, həmin tranzitin getdiyi ölkələrdən asılıdır”, – nazir deyib.
Prezident Raul Xadjimba öz növbəsində qeyd edib ki, tranzitin bərpası “Abxaziya büdcəsinə əlavə vəsaitin daxil olmasına imkan yaradacaq”. O qeyd edib ki, bu məsələləri sivil şəkildə həll etmək lazımdır.
“Gürcüstan tərəfi bu məsələyə hazır olsa, şübhə etmirəm ki, prosesi həll etmək mümkün olacaq”, – Abxaziya prezidenti deyib.
Gücün tətbiq edilməməsi haqqında müqavilə
Rusiya XİN-nin başçısı mətbuat konfransı zamanı bildirib ki, “gücün tətbiq edilməməsi haqqında hüquqi mükəlləfiyyət verən sənədin imzalanması, …. bunun üçün də Qafqazda sabitlik və təhlükəsizlik üzrə Cenevrə müzakirələri formatından istifadə edilməsini tam real” hesab edir.
Lavrov ayrıca Cenevrə müzakirələrində iştirakın davam etdirilməsinin vacibliyini vurğuladı.
Sahildə gəzinti və Rus Dram teatrı
Sergey Lavrov həm də Şöhrət Parkında heykəlin qarşısına gül qoyma mərasimində iştirak edib.
И затем нашел время прогуляться по сухумской набережной и выпить кофе на бульваре – на Брехаловке.
Rus Dram Teatrının direktoru İrakli Xintba Sergey Lavrovu bu yaxınlarda baş tutan teatr premyeralarının foto sərgisinə baxmağa dəvət etdi. Aktyorlar həm də nazir üçün “Beş axşam” tamaşasından kiçik bir parça və iki musiqi nömrəsi ifa etdilər.
Rusiya XİN başçısının Abxaziyaya indiki səfəri sayca dördüncüdür. Bu dəfəki səfərin sadəcə işgüzar səfər olduğunu düşünməyə əsas var, ondan da hər hansı qərar və dəyişiklik gözləməyə dəyməz. Abxaziyaya çoxdan idi ki, Rusiyadan yüksək vəzifəli şəxslər gəlmirdi, ola bilsin, məhz buna görə də Lavrovun gəlişi bu cür ajiotaj oyadıb.
- Rusiya və Abxaziya arasında müttəfiqlik haqqında müqavilə 5 mart 2015-ci il tarixində qüvvəyə minib.