Rusiya və Azərbaycan Xəzər dənizindəki neft yataqlarını birgə işləyəcək
Paylaşmaq
Paylaşmaq
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Rusiyanın LUKOIL şirkəti Xəzər dənizində iki neft yatağını birgə işləyəcək. Bu, Davosda keçirilən Dünya İqtisadi Forumunda müzakirə olunub.
Daha əvvəl LUKOIL şirkətinin Azərbaycanda iştirakı yanacaqdoldurma məntəqələri şəbəkəsi və Şah Dəniz qaz yatağının işlənməsində 10 faizlik hissəsi ilə məhdudlaşırdı. Baxmayaraq ki, LUKOIL prezidenti azərbaycanlı Vahid Ələkbərovdur.
İndi isə əgər bu iki yatağın müştərək işlənməsi başlayarsa, LUKOIL-in ölkədə iştirakı əhəmiyyətli dərəcədə artacaq.
Qoşadaş Abşeron yarımadasından 15 kilometrlik məsafədə yerləşir. LUKOIL hələ 2006-cı ildən bu yatağın işlənməsində maraqlı idi, amma indiyə qədər o, rentabelli hesab olunmurdu.
Naxçıvan yatağı isə Abşeron yarımadasından 90 kilometr cənubda, sahilin 55 kilometrliyində yerləşir. Bu yataq 1960-cı ildə kəşf edilib, amma onun işlənməsi indiyə qədər ən müxtəlif səbəblərdən təxirə salınıb.
“Xəzər dənizindəki layihələr LUKOIL şirkətinə azad ehtiyatların azalması şəraitində neft ixracını artırmaq və RF-nin cənubunda qaz kimyası sənayesini xammalla təmin etmək üçün lazımdır”, – Neftegaz.ru saytı yazır.
LUKOIL-un Azərbaycandakı yanacaqdoldurma məntəqələrindən biri. Foto Azernews.