Rusiya vətəndaşlarına ABŞ-a giriş radikal şəkildə məhdudlaşdırılacaq
Paylaşmaq
Paylaşmaq
ABŞ öz ərazisində Amerika diplomatik nümayəndəliklərinin işçi heyətini 755 nəfərə qədər azaltmaq haqqında qərar verən Rusiyanın bu addımına cavab tədbirləri barədə bildirib.
Avqustun 23-dən RF vətəndaşlarına qeyri-immiqrasiya vizalarının verilməsi tamamilə dayandırılır. Verilmə sentyabrın 1-dən etibarən bərpa olunacaq, amma xeyli daha kiçik həcmdə. Rusiyalılar ABŞ vizasını ancaq Moskvada ala biləcəklər. Sankt-Peterburq, Yekaterinburq və Vladivostok şəhərlərində olan baş konsulluqlar daha bu işlə məşğul olmayacaqlar.
Rusiyanın “Exo Moskvı” radiosuna “Rusiya turizm sənayesi birliyi”ndən xəbər verildiyinə görə, vizaların hazırlanması müddəti yarım ilə qədər uzana bilər, Uzaq Şərqdən ABŞ-a gedən reyslər isə sərnişinlərin böyük hissəsindən məhrum olacaqlar, çünki onlar viza üçün Moskvaya getmək istəməyəcəklər.
Xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib ki, Rusiya ABŞ-ın qəbul etdiyi ölçüləri araşdıracaq, amma “ölkə vətəndaşlarından acığını çıxmayacaq”. O vurğulayıb ki, ABŞ-ın qərarı Barak Obama administrasiyasının fəaliyyətindən ətalətdir və rəngli inqilabların təşkilinin məcrasında durur.