Rusiya və Belarus prezidentləri neftlə bağlı razılığa gəlməyiblər
Paylaşmaq
Paylaşmaq
Belarus Rusiya neftini güzəştli qiymətlə almayacaq. Euroradio-nun məlumatına görə, iki ölkə prezidentləri Aleksandr Lukaşenko və Vladimir Putin arasında Soçidə fevralın 7-də baş tutan danışıqların yekunu bundan ibarətdir.
Danışıqlardan sonra RusiyaPrezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak bildirib ki, Rusiya Belarusa qaz təchizatını 2029-cu ilin şərtləri ilə davam etdirəcək.
Bununla yanaşı ölkələr arasında yaranmış əsas problemlə – Rusiya neftinin Belarusa çatdırılması haqda yeni sazişlı bağlı razılığa gəlmək mümkün olmayıb.
“Biz bu gün neft sahəmizin nizamlama şərtlərini kəskin dəyişə bilmərik: siz bilirsiniz ki, xam neftin qiyməti bazar tərəfindən müəyyən edilir, inzibati şəkildə nizamlanmır”, – Kozak deyib.
Bununla yanaşı Rusiya hökuməti Belarusa Rusiyanın neft şirkətləri ilə danışıqlarda kömək edəcəyinə söz vermişdi.
Kozak onu da əlavə edib ki, Belarus və Rusiya inteqrasiya məsələləri üzrə danışıqları davam etdirəcəklər.
İnteqrasiya yoxdur – neft də yoxdur
Yanvarın 1-dən Rusiya Belarusun neft emalı zavodlarına neft təchizatını dayandırıb – çünki Yeni ilı qədər bu iki ölkə müvafiq yeni müqaviləni imzalamağa müvəffəq olmadı. Əsas problem Rusiya neftinin qiyməti məsələsi olub. Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, bu məsələ ilə şəxsən məşğul olacaq, amma hələlik heç bir nəticə yoxdur.
Rusiya neftinin emal olunması və neft məhsullarının ixrac edilməsi Belarus iqtisadiyyatının mühüm gəlir mənbələrindən biridr. Bunun da vəziyyəti birbaşa xammal qiymətlərindən asılıdır.
2019-cu ilin dekabrında Putin və Lukaşenko ölkələrinin inteqrasiyası ilə bağlı iki görüş keçirib. Belə gözlənilirdi ki, eyni zamanda ümumi parlament və hökumətin yaradılması haqda razılaşma imzalanacaq. Amma bütün bunlar Lukaşenkonun ölkənin müstəqilliyindən vaz keçib, Rusiya ilə birləşmək niyyətində olmadığı haqda bəyanatı ilə yekunlaşdı.
Eyni zamanda ABŞ dövlət katibi Mayk Pompeo fevralın 1-də Belarusa presedentsiz səfəri zamanı bildirib ki, ABŞ “Belarusu 100 faiz neftlə təmin etməyə hazırdır”.