Rusiya təcrid paradı
Rusiya iyunun 24-də İkinci Dünya Müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş təmtəraqlı hərbi parad keçirib. Amma beynəlxalq qonaqlar sırasında Moskvaya gələnlər sırasında Qərb dünyasından heç kim olmayıb, hətta Ermənistan, Azərbaycan və Mərkəzi Asiyanın loyal liderləri də parada qatılmayıb.
“Rusiya nüfuzunu o qədər korlayıb ki, hətta müttəfiqləri də ondan diksinir”, – ekspertlər şərh edir.
Parad mayın 9-da – faşist Almaniyası üzərində qələbə günündə keçirilməli idi, amma koronavirus pandemiyasına görə bütün tədbirlər təxirə salınıb.
Paradda 15 min nəfərə qədər hərbçi və 200 ədəd hərbi texnika və aviasiya, o cümlədən də İkinci Dünya Müharibəsi illərinə aid texnika və aviasiya iştirak edib.
Əcnəbi qonaqlar – kim gəlib, kim iimtina edib?
Rusiya prezidentinin dəvətilə parada xarici ölkə liderləri qatılıb – Kremlin rəsmi məlumatına əsasən, xarici qonaqlar arasında Belarus, Özbəkistan, Bosniya və Herseqovina, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Serbiya rəhbərləri olub.
Həmçinin Rusiyanın müstəqil ölkə kimi tanıdığı Cənubi Osetiya və Abxaziya liderləri də paradda iştirak edib.
- Rusiyanın yeni konstitusiyası: “daimi” Putin, Tanrı və rus xalqının xüsusi rolu. Bütün bunlar nə deməkdir?
- Şərh: “Putinin liberal olmadığını unudun. Onun müharibələrini xatırlayın”
Bir çox beynəlxalq və Rusiya mediası Rusiyanın yaxşı münasibətdə olduğu prezidentlər müxtəlif səbəblər gətirərək bayrama qatılmaqdan imtina ediblər.
Rusiyanın «Новая газета» nəşri rədd cavabı verən dövlət başçılarının gətirdikləri səbəblərə diqqət yetirib. Ermənistan və Azərbaycan liderləri eyni motivasiyadan istifadə ediblər – onlar rədd cavablarını ölkələrində pandemiya ilə mübarizə qayğıları ilə izah ediblər.
Türkmənistan prezidenti Qurbanqulu Berdımuhamedov gəlmək istəyib, amma üzürlü səbəbi var: Peyğəmbər yaşını qeyd edir. İslama görə Məhəmməd peyğəmbər 63 yaşında ölüb və hər kəs 63 yaşını öz ailəsi ilə qeyd etməlidir.
Xorvatiya prezidenti Zoran Milanoviçin təyyarısi qəfildən nasazladığı üçün gələ bilməyib.
“Moskvadan sadəcə diksinirlər”
Ekspertlər qeyd edirlər ki, qonaqların bu tərkibi və bəzilərinin əvvəlcə razılıq verib, sonradan gəlməyəcəyini bildirməsi tam fiaskodur.
“Rusiya rejimi dünya ictimai rəyində özünü o qədər gözdən salıb ki, bu ölkkə ilə işinin olması baha başa gələ bilər. Xüsusi ehtiyac olmadan Moskvaya getməyi artıq heç kim istəmir. Niyə tənqid atəşinə hədəf olsunlar ki?”, – “Novaya qazeta” politoloq Abbas Qallyamovdan sitat gətirib.
Siyasi coğrafiyaşünas Dmitri Oreşkin əlavə edib ki, hamı Putinin əfdalətsizcə digər dövlətlərin tərkibində qalmış “Rusiya torpaqları” haqda bəyanatı və onun İkinci Dünya Müharibəsi haqda ingilis dilində dərc olunan məqaləsi ilə bağlı hadisələrdən narahat olmuş ola bilər.
“Bu, elə bir kütləvi təcriddir ki, hətta (Fransa prezidenti) Makron gəlməyə hazırlaşsa da, fikrini dəyişib. Belə bir trend, hamı Moskvadan diksinir”, – o hesab edir.
Kreml üçün baş verənlər ağrılı zərbədir – Qallyamov əmindir.
“İctimai fikir sorğuları göstərir ki, təcrid vəziyyətinə düşmək ideyası rusiyalıların qətiyyən xoşuna gəlmir. Biri var, sən Dünyada Amerikanın törətdiyi ədalətsizliyə qarşı çıxırsan və bu ölkənin əəzdiyi dünya sənin ardınca gəlir, biri də var sən heç kimin əl vermək belə istəmədiyi marjinala çevrilirsən”, – ekspert cəmiyyətdə hökm sürən əhvalı belə izah edir.