Rusiya prezidentliyinə potensial namizəd Navalnı Qafqaz barədə nə düşünür
REUTERS/Grigory Dukor
Prezident seçkilərindı iştirak etməyə namizəd olan rusiyalı siyasətçi Aleksey Navalnı Qafqazla bağlı hansı təkliflə çıxış edir? Navalnının bəyanatlarından hansı Qafqaz proqramı təsəvvürü yaranır, onun hansı təşəbbüsləri Qafqaz ölçüsünə sahibdir? “Kavkazskiy uzel” bütün bunları aydınlaşdırmağa çalışıb, 10 bənd alınıb.
“Kavkazskiy uzel”in materialları əsasında
“BƏSDİR, QAFQAZI YEDİZDİRDİK”
2011-ci ilin sentyabrında Aleksey Navalnı Rusiyanın millətçi təşkilatlarının “Bəsdir, Qafqazı yedizdirdik” şüarı altında keçirdiyi ümummilli kampaniyanı dəstəkləyib.
Navalnı terror problemini məhz Qafqazın yanlış maliyyələşdirmə siyasəti ilə əlaqəlındirir: “Hesab edirəm ki, biz Qafqazı maliyyələşdirmə sisteminə son qoymalıyıq, çünki bu, bizim həyasızlaşmış, harınlamış elitaları yedizdirməyimizlə nəticələnir. Tamamən yoxsul vəziyyətdə olan yerli əhali isə bu elitalara baxır və anlayır ki, ələ avtomat alıb meşəyə getmək və onlarla mübarizə aparmaq lazımdır”.
REGİON BAŞÇILARININ BİRBAŞA SEÇKİLƏRİ
Aleksey Navalnı öz prezident proqramının müddəaları arasına Rusiyada birbaşa qubernator seçkisinin qaytarılmasını daxil edib. Məhz Qafqaz üçün bu müddəa ən aktual və mübahisəli ola bilər. Axı məhz Rusiyanın Şimali Qafqaz respublikaları arasında çox sayda regionlar var ki, orada başçılar birbaşa seçkilər vasitəsilə deyil, parlament tərəfindən seçilir.
HİCABSIZ GƏZMƏK AZADLIĞI
Navalnı Şimali Qafqaz respublikaların ictimai qurumlarında və dövlət orqanlarında müsəlman baş örtüləri ilə gəlib-getməyi yersiz hesab edir.
“Mən Çeçenistanda baş verənlərin, bütün qızları başlarını bağlamağa məcbur etmələrinin qəti şəkildə əleyhinəyəm. Hesab edirəm ki, heç nəyə məcbur etmək olmaz. İndi pravoslav orucu günləridir, mən hamını oruc tutmağa məcbur etmirəm ki”, – Navalnı 2017-ci ilin martında bəyan etmişdi.
“PLATONUN” LƏĞVİ
2015-ci ilin noyabrında Rusiyada “Platon” sistemi – federal yollarda ağır tonnajlı yük maşınlarının gedişinə görə ödəniş alınması işə salınıb. 2017-ci ildə ölkəni iri miqyaslı etiraz aksiyaları və tətillər dalğası bürüdü, ən iri aksiyalar isə Dağıstanda baş tutub. “Hökumət dövlət inhisarlarına kömək edərkən misli görünməmiş səxavət atraksiyonu fonunda yük maşınlarına yeni vergi tətbiq etmək lazımdır… Bu, doğru, ədalətli və qanunsuz deyil”, – o zaman Navalnı bildirmişdi.
MƏMURLARIN BAHALI MAŞINLARINA QADAÖA
2011-ci ilin martında Aleksey Navalnı Dağıstanın maliyyə naziri Abdusəməd Həmidovun dövlət satınalması kimi qeydiyyatdan keçirərək özünə 8,5 milyon rubla (1.2 milyon avro) maşın almasını tənqid etmişdi:
“Qafqazlı qüruru Abdusəməd Mustafayeviçə Maxaçkala yollarında yüksək dərəcəli zirehli AUDI A8L markalı maşından başqa heç nə ilə hərəkət etməyə imkan vermir… Yoxsul respublikanın naziri niyə belə maşında gəzməlidir?Bütün respublika heç nə ilə məşğul olmur. Böyük işsizlik var. Nə qədər real problemlər. Hətta vicdanla işləmək istəyən abırlı insanlar da işləyə bilmirlər. DR rəhbərliyi daima mərkəzdən pul dilənir və terrorçuluğun artması ilə şantaj edir, bununla belə orada bir topa olan sıradan bir nazir üçün 8.5 milyonu göyə sovurur”, – Navalnı “Jivoy Jurnal”dakı bloqunda yazıb.
Bundan az sonra məmur bahalı maşını almaqdan vaz keçib.
KADIROVUN “ŞƏRİƏT ORDUSUNA” QARŞI
Navalnı dəfələrlə bəyan edib ki, Çeçenistan başçısı Ramzan Kadırov Moskvanın maliyyə dəstəyi ilə faktiki olaraq özünə “şəriət ordusu” yaradıb. “İslam hərəkatı xalq arasında yaranmayıb, bu hərəkat idarəetmə elementi kimi Kadırov tərəfindən formalaşdırılıb. Axı o, açıq-aşkar “biz avtomatlı sərt oğlanlarıq, odur ki, hamı bizə pul ödməlidir” siyasəti yürüdə bilmir. O, bütün bunları İslam pərdəsinə bürüyüb, odur ki, hamı dua edərək gəzir və sair”, – Navalnı hesab edir.
QANUNSUZ VARLANMAYA GÖRƏ CİNAYƏT MƏSULİYYƏTİ
2014-cü ilin sentyabrında Aleksey avalnı Rusiya Cinayət Məcəlləsinə “qanunsuz varlanma” anlayışını daxil edilməsini və gəlir mənbələrini açıqlaya bilməyən, real xərclərini gizlədən məmurların cinayət məsuliyyətinə cəlb olunmasını təklif edib. Navalnı Şimali Qafqaz respublikalarının rəhbərlərini, xüsusən də amzan Kadırovun klanını qanunsuz varlanmada ittiham edib. Navalnı Rusiya prezidenti Dmitri Peskovun həftəsi 26 milyon rubla olan yaxtasında keçirdiyi bal ayı haqda danışıb. Onun sözlərinə görə, yaxtada istirahət Rusiyanın ən varlı iş adamlarından biri olan “Summa” şirkətlər qrupunun sahibi, maxaçkalalı Ziyauddin Maqomedovun “səxavətli hədiyyəsi” olub.
MYANMADAKI MÜSƏLMANLARIN MÜDAFİƏSİ
2017-ci ilin sentyabrında Qafqazda baş verən ən səs-küylü hadisələrdən biri Myanmada buddist çoxluq tərəfindən zorakılığa və zülmə məruz qalan roxinya xalqından olan müsəlmanların müdafiəsi tələbi ilə Qroznıda keçirilən kütləvi mitinq olub. Müsəlmanların etiraz çıxışlarını şərh edən Navalnı bildirib ki, roxinya xalqının müdafiəsi tələbini doğru sayır, amma zorakılığın alovlanmasına görə Rusiya rəhbərliyinin də məsuliyyət daşıdığını bildirib.
CƏNUBİ OSETİYA VƏ ABXAZİYANIN MÜSTƏQİLLİYİ
2008-ci ilin avqustunda Aleksey Navalnı münaqişənin güc yolu ilə həllinin tərəfdarı kimi çıxış edib və bununla da Rusiyanın Gürcüstana qarşı hərəkətlərini dəstəkləyib: “Müasir şəraitdə nüfuz yalnız güc və bu gücdən ağılla və lazım olduğu yerdə istifadə etmək bacarığına əsaslanır. Əminəm ki, indi, məhz “lazımdır””.
Vəziyyətin gərginləşdiyi dövrdə Navalnı Cənubi Osetiya və Abxaziyaya hərbi və maliyyə yardımı etməyi, Cənubi Osetiyanı uçuşlar üçün qapalı ərazi elan etməyi və bu zonaya daxil olan hər bir hava gəmisini dərhal vurmağı, Gürcüstanla bütün əlaqələri kəsərək və bütün Gürcüstan vətəndaşlarını Rusiyadan çıxararaq bu ölkəni tam blokadaya salmağı təklif edirdi.
Amma Rusiya qoşunları Gürcüstan ərazisinə daxil olandan sonra Navalnı Gürcüstan ərazisində hərbi əməliyyatları dayandırmağa və Rusiya əsgərlərini oradan çıxarmağa çağırdı (Gürcüstan ərazisi deyəndə o, müstəqilliklərinin tanınmasını alqışladığı Abxaziya və Cənubi Osetiya ərazilərini istisna edirdi – JAMnews) .
CƏNUBİ QAFQAZ RESPUBLİKALARI İLƏ VİZASIZ REJİM
Aleksey Navalnı “Rusiyaya kütləvi miqrasiya mənbəyi olan bütün ölkələrlə viza rejiminin tətbiq olunmasının” tərəfdarı kimi çıxış edir. Bu ölkələr sırasına Orta Asiya və Cənubi Qafqaz ölkələri daxildir.