Rusiya prezidenti Putinin sərəncamı ilə qondarma DXR və LXR-də qəbul edilmiş sənədlər tanınır
Paylaşmaq
Paylaşmaq
Rusiya bundan sonra qondarma Donetsk və Luqansk respublikaları tərəfindən verilmiş pasport və digər sənədləri rəsmi tanıyır. Bu barədə bu gün Rusiya prezidenti sərəncam verib.
Sərəncamda bildirilir ki, Rusiya Federasiyası Ukraynanın Donetsk və Luqansk vilayətləri tərəfindən şəxsiyyəti təsdiq edən, habelə təhsil və ixtisasartırma, doğum, avtomobil qeydiyyatı haqda sənədləri tanıyır.
Putinin sərəncamına görə, qondarma DXR və LXR tərəfindən verilmiş sənədlərlə Rusiya sərhədini vizasız keçmək olar.
Donetsk və Luqansk respublikaları 2014-cü ilin aprelində Ukraynanın şərqində baş vermiş münaqişə nəticəsində özlərini müstəqil elan ediblər. Bu qondarma respublikaların müstəqilliyi heç bir dövlət tərəfindən tanınmayıb.