Rusiya prezidenti Azərbaycanda: üç sutka gözlənilən bir günlük səfər
Paylaşmaq
Paylaşmaq
Bakıda keçirilən doqquzuncu Rusiya-Azərbaycan regionlararası forumda Rusiya prezidenti əsasən iki ölkə arasında qurulmuş yaxşı münasibətlərdən və bunun ən müxtəlif sahələrdə, o cümlədən də Azərbaycanda rus dili ilə bağlı vəziyyətdə özünü biruzə verməsindən danışıb.
“Biz rus dilinə marağı görür və yüksək dəyərləndiririk. Həm də yalnız Azərbaycan vətəndaşlarının rus dilinə olan marağını yox, eyni zamanda dövlət tərəfindən, bələdiyyələrdə və şəhərlərdə”, – RF prezidentideyib.
Putinin Bakıya qısamüddətli səfəri rəsmən bu forumla əlaqələndirilib, amma Azərbaycan jurnalistlərini, analitiklərini və siyasətlə fəal maraqlanan vətəndaşları bu cür izahat qane etməyib. İş orasındadır ki, Putin və Əliyev artıq sentyabrın əvvəlində Soçidə görüşmüşdülər və çoxlarına elə gəlir ki, prezidentlərin bu qədər sıx ünsiyyəti elə-belə deyil.
İnformasiya resurslarında və sosial şəbəkələrdə durmadan bu səfərlə bağlı versiyalar irəli sürülür. Onların sırasında ən populyarlarından biri Ermənistanda hakimiyyət dəyişəndən sonra Rusiyanın bu ölkə ilə münasibətlərinin hələ qeyri-müəyyən olması fonunda Rusiya və Azərbaycanın yaxınlaşmasından ibarətdir.
Putini Bakıda sentyabrın 25-dən bəri gözləyirdilər. Həmin gün axşam xəbər kanalları bildirdi ki, o, sentyabrın 26-da gələcək. Nəticədə səfər sentyabrın 27-də baş tutdu. Rusiya prezidenti forumda çıxış etməkdən əlavə hazırda Bakıda keçirilən cüdo üzrə Dünya Çempionatının yarımfinalını da izləyib.