“Milyonları həbs etmək olmaz”. Rusiya müxalifətinin lideri məhkum edildi
“Mən mübarizəmə davam edəcəm”, – Rusiya müxalifətinin lideri Aleksey Navalnı 2 il 8 ay müddətinə məhkum edildiyi məhkəmə iclasında bildirib. Moskvada proses zamanı müxalifətçinin yüzlərlə tərəfdarı həbs edilib. Aleksey Navalnı vətəndaşları təslim olmamağa və rejimə qarşı mübarizə aparmağa çağırıb.
Məhkəmənin qərarı ilə Aleksey Navalnının şərti cəzası 3,5 il ümumi rejimli koloniyada saxlanmaqla həbs cəzası ilə əvəz edilib. Amma onun ev həbsində olduğu müddəti nəzərə alaraq həbs müddəti 2 il 8 aya endirilib.
“Noviçok” kimyəvi maddəsi ilə zəhərlənəndən sonra möcüzə nəticəsində sağ qalan Navalnı müalicə keçdiyi Almaniyadan Rusiyaya qayıdandan dərhal sonra həbs edilib.
O, daha əvvəl dələduzluq və talan ittihamları ilə şərti cəza almışdı və Moskva məhkəməsi belə nəticəyə gəlib ki, Almaniyada olduğu zaman şərti azadlıqdan məhrum edilmiş biri kimi hər gün xüsusi məntəqədə qeydiyyatdan keçmədiyi üçün o, şərti cəza qaydalarını pozub.
Moskvanın bütün mərkəzi məhkəmə vaxtı güc strukturları tərəfindən mühasirəyə alınıb, məhkəmədə 18 ölkənin nümayəndəsi iştirak edib.
Navalnı və onun vəkilləri ittihamı rədd ediblər və qeyd ediblər ki, o, qaydaları pozmayıb, onun mühakimə edildiyi iş üzrə isə Avropa İnsan Haqları Məhkəməsi ona artıq bəraət verib.
![](https://jam-news.net/app/uploads/2021/02/145944662_1809420635899488_449977036302853168_o.jpg)
Navalnı: “bu, acizlik nümayişidir”
Məhkəmədə çıxış edərkən Navalnı Rusiya rejimini və şəxsən prezident Vladimir Putini ona qarşı təqibdə və onu öldürmək cəhdində ittiham edib.
“Artıq 2021-ci ildir, amma məni manyak israrı ilə bu iş üzrə mühakimə etməyə davam edirlər… Kimsə çox istəyir ki, mən azad insan kimi bircə addım da ata bilməyim. Hər şeyin səbəbi bunkerdə yaşayan bir insanın nifrəti və qorxusudur. Çünki mən onun əmrindən sonra sağ qalmışam”, – Navalnı bildirib.
“Məlum oldu ki, televiziyaya çıxışı olmayan, siyasi partiyası olmayan siyasi opponentin öhdəsindən gəlmək üçün yeganə vasitə onu öldürməkdir. O, tarixə zəhərləyici kimi daxil olacaq. Bilirsiniz, Yaroslav Mudrı vardı, bu isə Vladimir Otravitel Trusovdur (ruscadan tərcümədə Zəhərləyici Qorxaqov – JAMnews)”
“Bu prosesdə əsas məsələ onun necə bitəcəyi deyil – həbs edəcəklər, ya yox. Əsas böyük sayda insanı qorxutmaqdır. Bir nəfəri həbs edirlər ki, milyonları qorxutsunlar”, – Navalnı bildirib.
Onun sözlərinə görə, “bu, acizliyin nümayişidir. Milyonları həbs etmək olmaz. Mən çox ümid edirəm ki, insanlar bunu dərk edəcəklər. Və bu məqam gələcək”.
O, Rusiya vətəndaşlarını hakimiyyətə tabe olmamağa və ondan qorxmamağa çağırıb.
![](https://jam-news.net/app/uploads/2021/02/RTX8US1F-1024x683.jpg)
Qızıl Meydanda “OMON”
Proses zamanı güc strukturları əməkdaşları Navalnını saxlamağa gələn 350 nəfərdən çox insanı saxlayıb.
Moskvanın və Sankt-Peterburqun mərkəzi meydanları polis və Rusiya qvardiyası tərəfindən mühasirəyə alınıb. Fəalların saxlanılması məhkəmədən əvvəl və sonra davam edib.
Etirazlardan ehtiyat edən hakimiyyət Moskvada mərkəzi küçələrin çoxunu bağlayıb.
Bununla belə, müxalifət tərəfdarları küçələrə çıxmağa davam edib.
На Большой Никитской. Люди скандируют: «Свободу политзаключенным»
— Новая Газета (@novaya_gazeta) February 2, 2021
Видео: Серафима Свердлова / «Новая газета» pic.twitter.com/NDbKjo5unv
Yanvarın 23-də və 31-də bütün Rusiya ərazisində Navalnının azad edilməsi tələbilə etiraz aksiyaları keçirilib.