Niyə Rusiya prezidenti müxalifətçi Navalnıdan qorxur?
“Mən qorxmuram” – Rusiyaya qayıtdığı zaman aeroportdaca dərhal həbs olunmazdan əvvəl rusiyalı müxalifətçi Aleksey Navalnı bildirib. Navalnı baş tutmamış sui-qəsddən sonra Rusiya hakimiyyəti üçün daha da təhlükəli olub və prezident Putinə qarşı bilavasitə təhdid kəsb edir – Rusiyada analitiklər belə hesab edir.
Aleksey Navalnı yanvarın 17-də Moskvanın Şeremetyev aeroportundan həbs edilib. O, həyat yoldaşı, tərəfdarları və onlarla jurnalistin müşayiəti ilə Almaniyadan vətənə qayıdıb. Müxalifətçi “Noviçok” kimyəvi silahı ilə zəhərlənəndən sonra Almaniyada müalicə alırdı. O, zəhərlənməsində Rusiya hakimiyyətini günahlandırıb.
Navalnı “Noviçok” kimyəvi silahı ilə zəhərləndikdən sonra müalicə aldığı Almaniyanada yanvarın 17-də vətənə qayıdacaq
Navalnı polis tərəfindən elə pasport nəzarəti sonasında həbs edilib. Berlindən gələrkən siyasətçini müşayiət edən vəkilini ona yaxın buraxmayıblar.
Daha sonra məlum olduğuna görə, saxlanılmasının səbəbi kimi Navalnının ona qarşı qaldırılmış cinayət işlərinin biri üzrə (“Ives Rocher işi”) aldığı şərti cəzanın çəkişləsi şərtlərini pozması göstərilib. Almaniyada müalicədə olduğu müddətdə o, Rusiyanın cəzalərin icrası qurumlarında gündəlik qeydiyyatdan keçməyib.
Navalnının vəkilləri siyasətçinin saxlanılmasını əsassız hesab edirlər.
Hakimiyyət görüşə necə hazırlaşıb?
Navalnı vətənə qayıdışı haqda bir neçə gün öncədən məlumat verib və bildirib ki, 17 yanvar axşam reysinə bilet alıb.
Siyasətçini qarşılamaq üçün Moskvanın Vnukovo aeroportuna minlərlə tərəfdaşı gəlib. Hakimiyyət polisi səfərbər edib və əvvəlcə Navalnının tərəfdarlarını aeroport binasına buraxmamağa çalışıblar, sonra isə insanları saxlamağa başlayıblar – aeroportda 50 nəfərdən çox vətəndaş saxlanılıb.
Amma Navalnını gətirən təyyarə Vnukovo aeroportuna qonmayıb – son anda təyyarə marşrutu dəyişib və Moskvanın digər aeroportuna – Şeremetyevə enib.
“Mən qayıtmağı və qayıtmamağı seçməmişəm. Belə bir sual heç bir saniyə belə olmayıb… Mən deyə bilərəm ki, gəldiyim üçün tam xoşbəxtəm və bu, son beş ay ərzində mənim ən yaxşı günümdür”, – Navalnı Şeremetyev aeroportunda bildirib. – “Mən qorxmuram. Mən bilirəm ki, haqlıyam. Mən bilirəm ki, mənə qarşı cinayət işləri quramadır”.
Navalnı həbs ediləndən sonra siyasətçinin həyat yoldaşı Yuliya Navalnaya jurnalistlərin və tərəfdarlarının qarısına çıxıb:
“Onlar o dərəcədə Alekseydən qorxurlar ki, bugün axşam Moskvada praktiki olaraq bütün uçuşları iflic ediblər, o qədər insanı pis vəziyyətdə qoyublar. O isə sadəcə vətəninə qayıtmış bir insandır. Alekseyin dediyi ən əsas şey odur ki, o qorxmur, mən də qorxmuram və sizi də qorxmamağa çağırıram”.
Beynəlxalq reaksiya və Kremlin reaksiyası
Rusiyalı müxalifətçinin istirahət günü axşam həbs olunmasına baxmayaraq, bir çox ölkələrdə canlı izlənən bu hadisə xaricdə dərhal reaksiya doğurub.
Avropa Şurasının sədri Şarl Mişel Navalnının saxlanılmasını “yolverilməz” adlandırıb və onu azad etməyə çağırıb. Eyni çağırışla Avropa Xalq Partiyasının lideri Donald Tusk da çıxış edib.
Litva, Latviya və Estoniya XİN rəhbərləri Navalnının saxlanılmasını pisləyiblər. Onların birgə bəanatında deyilir ki, müxalifətçi azad edilməzsə, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar məsələsinə baxmalıdır.
Belarus müxalifətinin lideri Svetlana Tivanovskaya da Navalnının müdafiəsinə qalxıb.
Amnesty International beynəlxalq hüquq müdafiə təşkilatı Aleksey Navalnını vicdan məhbusu hesab edir.
Eyni zamanda Kremlin mətbuat katibi Dmitri Peskov yanvarın 17-də axşam jurnalistlərə bildirib ki, o, Navalnının başına gələnlərdən xəbərsizdir. “Üzr istəyirəm. Onu Almaniyada saxlayıblar?” – Peskov soruşub.
Navalnı şəxsən Putinə qarşı təhlükədir
Niyə Rusiya hakimiyyəti Aleksey Navalnıya qarşı belə radikal davranır? O, Vladimir Putin hakimiyyəti üçün nə kimi təhlükə kəsb edir?
Tanınmış rusiyalı jurnalist, “Exo Moskvı” radiostansiyasının baş redaktoru Aleksey Venediktov bildirib ki, Navalnı “noviçok” ilə zəhərlənəndən sonta Putinin gözündə onun statusu prinsipial olaraq dəyişib – o, Putin üçün şəxsi rəqibə və əsas təhlükəyə çevrilib.
“Əgər avqusta qədər o, daxili siyasi araşdırmaçı, KMF (Korrupsiya ilə Mübarizə Fondu) rəhbəri, xarici casus, fərqi yoxdur kim idisə, indi Putinin şəxsi rəqibidir…
…İndi o, beynəlxalq səviyyədə tanınır və o, Rusiya müxalifətinin rəsmiləşmiş lideridir…
…Dünyanın siyasi elitası üçün o, indi izlənilməli olan, Putinə bir alternativ təşkil edən fiqurdur”, – Venediktov hesab edir.