“Rusiya şirkətləri hələ də Ermənistan bazarının imkanlarını lazımınca dəyərləndirmir”, – Ermənistanın baz naziri Karen Karapetyan Rusiyanın sənaye və ticarət naziri Qleb Nikitinlə görüşündə bildirib.
O həmçinin deyib ki, sənaye sahəsində Ermənistan-Rusiya əməkdaşlığının real inkişaf perspektivlərini görür. Mümkün əməkdaşlıq istiqamətlərini sadalayarkən (nəqliyyat, aviasiya, farmakologiya, turizm, mehmanxana biznesi) baş nazir Ermənistan şirkətləri ilə informasiya texnologiyaları sahəsində birgə işin cəlbediciliyini vurğulayıb: “Bizdə Silikon Vadisində fəaliyyət göstərən təşkilatlar, törəmə şirkətlər var”.
Rusiya kapitalının Ermənistanda geniş təmsil olunmasına baxmayaraq, Karapetyan qeyd edib ki, Rusiya şirkətləri hələ də Ermənistan bazarından lazımı dərəcədə istifadə etmirlər, xüsusən də “üçüncü bazarlara – İrana, Avropa İttifaqına çıxış planında. Meqridəki azad ticarət zonası və Avropa İttifaqı ilə mövcud olan GSP+ sistemi buna əhəmiyyətli dərəcədə şərait yarada bilər”.
Siyasi şərhçi Akop Badalyan Karen Karapetyanın Rusiyaya Ermənistanı iri beynəlxalq bazarlara çıxış meydançası kimi dəyərləndirməsi ilə bağlı müraciətini şərh edərkən, yazıb: “Karapetyanın müraciətinin eyni zamanda sətiraltı mənası da var. Beynəlxalq sanksiyalar durmunda Rusiya kapitalı həqiqətən də ağır vəziyyətə düşüb və Karen Karapetyan faktiki olaraq Ermənistan vasitəsilə bu sanksiyalardan “yan ötməyi” təklif edir”.