Rusiya idmançılarına 2018-ci il Olimpiadasında milli himn xumağı qadağan edə bilərlər
Paylaşmaq
Paylaşmaq
Reuters
2018-ci il Qış Olimpiya Oyunları Cənubi Koreyanın Pxençxan şəhərində fevralın 9-dan 25-ə qədər davam edəcək. Rusiyanın bu oyunlarda hansı şərtlərlə iştirak edəcəyi hələ də bəlli deyil.
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiyaya qarşı sanksiya variantlarını nəzərdən keçirir. Çünki BOK-un apardığı istintaq nəticəsində bu ölkədə idman sahəsində dopinq istifadəsinin dövlət sisteminin mövcud olduğunu ortaya çıxarıb. The New York Times-ın mənbəyi nəşrə danışıb ki, BOK rəhbərliyi oyunların açılış mərasimində Rusiya idmançılarına öz milli himnini ifa etməyə qadağa qoyulması cəzasına meyllidir.
BOK həmçinin Rusiya idmançılarının oyunlarda yalnız neytral bayraq altında və milli rəmz əks etdirməyən formalarda iştirak variantını da gözdən keçirir. Görünən odur ki, Rusiyaya BOK Olimpiadasında iştirakı tamam qadağan niyyəti fikri gündəmdə yoxdur.
Xatırladaq ki, 28 ölkənin dopinqə qarşı agentliyi hələ sentyabrda BOK-a müraciət edərək, Rusiyanın Pxençxanda keçiriləcək Olimpiya Oyunlarından kənarlaşdırılmasını istəyib. Bəyanatda o da qeyd olunub ki, əgər Rusiya idmançıları neytral bayraqlar altında çıxış etmək istəsələr, agentliklər una etiraz etməz.
2016-cı ildə BOK eksperti Riçard Maklarenin Rusiya idmançılarının dopinq istifadə etməsi ilə bağlı məruzəsinin iki hissəsi dərc olunub. Məruzə nəticəsində Rusiyanın yüngül və ağır atletika üzrə yığmaları və bütünlükdə paralimpiya komandası Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında kənarlaşdırılıb