Rusiyanın baş naziri Dmitri Medvedev bildirib ki, hökumət istefaya gedib. O, bu gündən etibarən yeni hökumət formalaşdırılana qədər səlahiyyətləei yerinə yetirən şəxs olacaq.
Putin Medvedev hökumətinə gördüyü işə görə təşəkkürünü bildirib.
“Əldə olunmuş nailiyyətlərlə bağlı məmnunluğumu ifadə etmək istəyirəm. Hər şeyi eləmək mümkün olmadı, amma heç vaxt heç nə tam həcmdə alınmır”, – prezident Nazirlər Kabineti ilə hökumət evində baş tutan görüşdə deyib.
Bu, Putinin parlamentə hər il təkrarlanan ənənəvi müraciətindən sonra baş verib. Orada üç strateji ideya formalaşıb:
• Beynəlxalq hüququn Rusiya qanunları üzərində prioritet olmasından imtina
• Putinin hakimiyyətdə qalmasının konstitusion müddətinin bitəcəyi 2024-cü il ərəfəsində Konstitusiyanın dəyişdirilməsi
Sonuncu maddə Rusiyanın qüvvədə olan hakimiyyəti üçün ən mühümüdür, çünki Vladimir Putinin ölkə rəhbəri mövqeyində qalması üçün bütün qanuni vasitələr tükənib. İki yol qalır:
• Konstitusiyanın dəyişdirilərək, səlahiyyətlərin prezident və parlament arasında bölüşdürülməsi
• Yeni ərazilərin birləşdirilməsi, bu, yeni qanunları olan yeni ölkənin yaranmasını elan etməyə imkan verəcək. Bu rol üçün mümkün namizədlər DXR, LXR, Cənubi Osetiya, Abxazita, bir də Belarusdur.
Putinin hakimiyyətdə qalması üçün bu iki vasitənin birgə reallaşdırılması da – konstitusiyanın dəyişdirilməsi və yeni ərazilərin birləşdirilməsi – istisna deyil.