Rusiya hakimiyyəti terroristlərə qoşulan valideynlərinin Suriya və İraqa apardıqları uşaqları geri qaytarmağa çalışır
Paylaşmaq
Paylaşmaq
Uşaqlar dağılmış evin yanında. Deraa, Suriya, 27 iyul 2017. Foto REUTERS/Alaa al-Faqir
Rusiya hakimiyyəti terroristlərə qoşulan valideynlərinin Şimali Qafqazdan Suriya və İraqa apardıqları uşaqları ölkəyə qaytarmağa çalışır. Onların Rusiya vətəndaşlığını təsdiq edən sənədlərinin olmaması səbəbindən Rusiyaya göndərmək mümkün deyil. Bu məsələylə bağlı danışıqlarda Rusiya XİN-i, Çeçenistan hakimiyyəti nümayəndələri, həm də İordaniya və İraqdan siyasətçilər iştirak edir, Rusiyanın “Kavkazski uzel” informasiya agentliyi yazır.
Xəbər verilir ki, ümumilikdə müxtəlif qiymətlərə görə, İraq və Suriyaya 200-dən 1000-ə qədər uşaq aparılıb.
Çeçenistan rəhbəri Ramzan Kadırov bu yaxınlarda atası tərəfindən Suriyaya aparılar və İraqın Mosul şəhərində xarabalıqlar arasında tapılan oğlan uşağının qaytarılması barədə məlumat verib.
Çeçenistan hakimiyyətinin məlumatına görə, Bağdaddakı sığınacaqda bir neçə çeçen uşağı var. Onlar ancaq öz adlarını bilirlər, şəxsiyyətlərini müəyyən etmək və Rusiyadakı qohumlarını tapmaq üçün DNT analizi olunmalıdır.
“İraq tərəfinə artıq çeçen qohumları tərəfindən axtarılan uşaqların fotolarını təqdim etmişik. Belə bir şans var ki, bu fotolar üzrə müəyyən edilən uşaqları əvvəlcə İordaniyaya, oradan da Rusiyaya aparacaqlar. Amma qohumlar DNT testi vasitəsilə həmin uşaqlarla qohumluqlarını sübut etməli olacaqlar”, – “Kavkazski uzel”in yazdığına görə, İordaniyadakı çeçen diasporunun nümayəndəsi deyib.
Bu diaspor nümayəndəsi vurğulayıb ki, özü və həmkarları bütün qafqazlı uşaqları qaytarmağa ümid edirdilər, amma İraq hökumətindən onlara bildiriblər ki, onlara ancaq çeçen və inquş uşaqlarını verə bilərlər.
Həmin nümayəndənin məlumatına görə, başqa millətlərdən olan uşaqların qaytarılması ilə digər milli təşkilatlar məşğul olmalıdır. “İraq tərəfinin mövqeyi budur”, – o deyib.
İraqdakı Qızıl Aypara Cəmiyyətinin rəhbəri Abbas Yasinin sözlərinə görə, Bağdadda uşaqlarla humanitar standartlara uyğun davranırlar və İraq hakimiyyəti uşaqların qohumlarıyla İordaniyadakı Qızıl Aypara Cəmiyyətinin şöbələri vasitəsilə əməkdaşlıq etməyə hazırdırlar.
Dağıstanın uşaqların hüquqları və ailə və analığın qorunması üzrə ombudsmeni Marina Yejova bildirib ki, Mosulda, Suriyada özlərinin döyüşmək üçün ora gedən valideynləri tərəfindən aparılan ona yaxın dağıstanlı uşaq aşkar edilib.
“Bu özəl hallarla bağlı iş uzun və çətindir… Bu uşaqların çoxları aylarla işıq üzü görməyib, uzun müddət doğma danışıqlarını eşitməyib, müharibə şəraitində yaşayıb. Hazırda onların vətəndaşlıqlarının müəyyən edilməsi və evlərinə qaytarılması üzrə iş gedir”, – deyə Marina Yejova bildirib.
Onun sözlərinə görə, Dağıstan hakimiyyəti Suriya münaqişəsi zonasında olan güc qurumları, diplomatik missiyalar və könüllülərlə əməkdaşlıq edərək, “bu cür uşaqların aşkar edilməsi üzrə daimi iş aparır”:
“Suriya və İraqın rəsmi hakimiyyətinin onlardan xəbəri yoxdur, çünki uşaqlar orada özbaşına deyil, silahlıların yanındadır”.