Rusiya Gürcüstanla viza rejimini ləğv etməyə hazırdır
Paylaşmaq
Paylaşmaq
Rusiya Gürcüstanla viza rejimini ləğv etməyə hazırdır. Bu haqda 17 dekabrda keçirilən mətbuat konfransı zamanı RF prezidenti Vladimir Putin bildirdi.
Prezidentin sözlərinə görə, Moskva Tbilisi ilə münasibətlərin bərpa olunmasına köklənib. “Gürcüstanın ərazi bütövlüyü Gürcüstanın öz işidir, – Putin dedi. – Abxaziya və Cənubi Osetiya ilə işləmək lazımdır.
Putin həm də qeyd etdi ki, Gürcüstanla münasibətlərin pisləşməsinin təşəbbüskarı Rusiya olmayıb. 2008-ci ildə vəziyyətin kəskinləşməsinə görə məsuliyyəti o Gürcüstanın o vaxtkı prezidenti Mixail Saakaşvilinin boynuna atdı.
Prezidentin sözlərin görə, bu gün Moskva ‘Gürcüstanın mövcud hakimiyyətindən siqnallar görür və bu siqnallar qəbul olunur ‘. ’Fikir verin, Gürcüstanın çaxır materialları və çaxırının idxal həcminin üçdə ikisi Rusiya bazarına çıxır, hansısa uzaq xaricə yox. Biz bu ərzaqları elə o biriləri kimi götürürük axı. Ticarət dövriyyəsinin həcmi artır. İndi, bu il ümumi iqtisadi vəziyyətə görə bir qədər düşüb, bütövlükdə isə kifayət qədər böyük artım templəri nümayiş etdirir’, — prezident dedi.
Saakaşvili haqqında danışarkən, Putin onun Odessa vilayəti administrasiyasının başçısı postuna təyin edildiyini xatırladaraq, bu təyinatı “Ukrayna xalqının üzünə tüpürcək adlandırdı.
Rusiya Gürcüstanla viza rejimini 2000-ci ilin dekabr ayında tətbiq etdi. 2008-ci ildə Abxaziya ilə Cənubi Osetiyanın müstəqilliyinin tanınmasından sonra Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlər pozuldu.
2012-ci ildə Gürcüstanda hakimiyyətə gələn ‘Gürcü arzusu’ əsas prioritetlərdən biri kimi Rusiya ilə münasibətlərin nizamlanmasını adlandırdı.
Maraqlıdır ki, bu bəyanat Gürcüstanla Aİ arasında viza rejiminin liberallaşması prosesi ilə eyni vaxta təsadüf etdi. Artıq bir neçə gün sonra Gürcüstan tərəfindən “Viza rejiminin liberallaşdırılması üzrə fəaliyyət planının yerinə yetirilməsinə dair yekun hesabat dərc olunacaq, hesabat müsbət olarsa, Gürcüstan vətəndaşları artıq 2016-cı ildən Avropaya vizasız gedə biləcəklər.