Rusiya Dövlət Duması Gürcüstana qarşı sanksiyalar tələb edir
Paylaşmaq
Paylaşmaq
Rusiya Dövlət Duması çərşənbə axşamı plenar iclasda qətnamə qəbul edib. Sənəddə Rusiya hökumətinə Gürcüstana qarşı xüsusi iqtisadi tədbirlər məsələsinin gözdən keçirilməsi tövsiyə olunub.
Təklif deputatlar tərəfindən yekdilliklə qəbul edilib.
Rusiya deputatları Gürcüstandakı “sonsuz anti-Rusiya təxribatlarını” qəti şəkildə pisləyirlər. Bəyanatda deyilir ki, bu ölkədəki radikal qüvvələrin əməlləri Rusiya-Gürcüstan münasibətlərinin daha da pisləşməsinə yönəlib.
Dövlət Dumasının tələb etdiyi “xüsusi iqtisadi tədbirlər” federal qanunda ifadə olunub. Bunlar Rusiya və vətəndaşlarının təhlükəsizliyinin və haqlarının qorunmasına yönəlmiş müvəqqəti tədbirlərdir.
Əgər hökumət və prezident qanunvericilərin müraciətini diqqətə alarsa, Gürcüstandan Rusiyaya mineral suların, şərabın və digər məhsulların gətirilməsinə qadağa qoyula bilər.
Dövlət Dumasının sədri Vyaçeslav Vodolin jurnalistlərə bildirib ki, Rusiya Federasiyasının prezidentinin təhqir olunması deputatlar üçün qəbulolunmazdır.