Rusiya dopinq qalmaqalına görə 2014-cü il Olimpiadasındakı qələbəsindən məhrum olur
Paylaşmaq
Paylaşmaq
Biatlon üzrə ikiqat Olimpiya çenpionu Yevgeni Ustyuqov anti-dopinq qaydalarını pozduğuna görə diskvilifikasiya olunub – BBC xəbər verib.
Biatlonçunun ünvanına səslənən ittihamlar 2010-cu ilin yanvarından 2014-cü ilin fevralına qədərki dövrə aiddir. Rusiya Dopinq Əleyhinə Agentliyinin məlumatına görə, Ustyuqov anabolik oksandrolon istifadəsində ittiham olunur.
Ustyuqovun və Olimpiya çempionu Svetlana Sleptsovanın iki illik diskvilifikasiyası haqda qərar şənbə günü Beynəlxalq Biatlonçular İttifaqı tərəfindən təsdiqlənib.
İndi idmançının İsveçrədə İdman Arbitrajına apellyasiya şikayəti verməsi üçün 21 günü var.
Yevgeni Ustyuqovdan başqa Soçidə Olimpiya estafetində qızıl medal qazanan daha üç idmançı olub. Ustyuqovun medaldan məhrum olacağı təqdirdə digər idmançıların da mükafatsız qalacağı ehtimal edilir.
Əgər Ustyuqov diskvalifikasiyanı mübahisələndirə bilməsə, Rusiya Soçi Olimpiadasında komanda hesabı ilə əldə etdiyi birinciliyi itirmiş olacaq. Bu halda medalların sayına görə biirinci yeri Norveç yığması tutacaq.
İndi Ustyuqov artıq yarışlara qatılmır – kayerası başa çatandan sonra o, Rusiya Dövlət Dumasının deputatı seçilib.