Rio-de-Janeyroda keçirilən Olimpiya oyunlarının rəsmi bağlanışı avqustun 21-də oldu. Medalların ümumi sayına görə birinci beş yeri ABŞ (121 medal), Böyük Britaniya (67 medal), Çin (70 medal), Rusiya (56 medal), Almaniya (42 medal) tutub.
Ermənistan, Gürcüstan və Azərbaycan öz nailiyyətlərinə görə digər 45 ölkənin arasında qərarlaşdı. Ən çox – 18 medal Azərbaycan idmançıları aldı (1 qızıl, 7 gümüş, 10 bürünc). Gürcüstanın 7 medal (2 qızıl, 1 gümüş, 4 bürünc), Ermənistan isəa 4 medal (1 qızıl, 3 gümüş) qazanıb.
Riodakı Olimpiya oyunları 205 ölkənin iştirakı ilə tarixdə qaldı. Onların arasında müstəqil dövlətlər kimi ilk dəfə Kosovo və Cənubi Sudan iştirak edirdi. Bundan başqa, yarışlarda ilk dəfə olaraq qaçqınlar və müstəqil idmançılardan ibarət olimpiya komandası təmsil olunurdu. Rioda iştirak edən 11303 idmançının 45 faizi qadınlar idi.
Riodakı Olimpiadada amerikalı üzgüçü Maykl Felps bütün dövrlərin rekordunu təzələdi. Olimpiya oyunlarında ilk dəfə 2000-ci ildə iştirak edən Felps 23 qızıl medal qazanıb. Felpsin idmançı deyil, ayrıca bir ölkə olduğunu təsəvvür etsək, o Sidneydəki Olimpiada vaxtlarından qızıl medalların sayına görə 16-cı yerdə olacaq. Rio-de-Janeyroda daha bir rekord Yamaykalı spinter Useyn Bolta aiddir. O, üç idman növündə 3 qızıl medal qazanan ilk idmançı oldu.
Cessika Parato və Emi Kozad, sinxron üzgüçülük foto: Wong Maye-E / AP Photo
qılıncoynatma foto: Afabrice Coffrini, AFP
Marta Menaqati və Doa Elqobaşı, çimərlik voleybolu foto: Asuyoshi Chiba / AFP
Polşalı avarçılar foto: Gregory Bull, AP
Cema Tatersol foto: John Macdougal, AFP
Simona Bayls, idman gimnastikası foto: Morry Gash, AP photo
Yekaterina Birlova, çimərlik voleybolu foto: Marcio Jose Sanchez, AP Photo
Veloyarış Велогонки foto: Patrick Semansky, AP photo
Məqalə rio2016.com və birinflight.com resurslarının məlumatı əsasında hazırlanıb.