Azərbaycanda müstəqilliyin ildönümü: bu il polis heç kimi saxlamayıb
Azərbaycanda ilk demokratik respublikanın (AXC) elan olunmasının 102-ci ildönümü qeyd olunur. Bu il karantin və kütləvi tədbirlərin qadağan olunması səbəbindən bayram təntənəli şəraitdə keçirilmir. Amma polislə müxalifətin “ənənəvi” qarşıdurması da müşahidə olunmur.
İki müstəqillik ili
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 28 may 1918-ci ildə Rusiya İmperiyasının parçalanması və sonu yaxınlaşan Birinci Dünya Müharibəsi fonunda elan olunub. AXC müsəlman şərqində ilk demokratik respublika hesab olunur.
Cənubi Qafqazın digər yeni yaranmış respublikaları kimi, AXC də iki il mövcud olub – 1920-ci ildə ölkədə və bütün regionda hakimiyyəti bolşeviklər ələ keçirənə qədər. Bundan sonra Azərbaycan SSRİ-nin tərkibinə keçib.
Növbəti dəfə Azərbaycan artıq 1991-ci ildə müstəqilliyini qazanaraq, özünü AXC-nin varisi elan edib. Həmin gündən etibarən 28 may dövlət bayramı – Respublika Günü olub.
- Gürcüstanda “karantin” Müstəqillik Günü – Trampın məktubu və təntənəsiz bayram
- Azərbaycan, Ermənistan və Gürcüstan 102 il əvvəl müstəqil respublika olandan sonra nə etdilər?
Birmənalı olmayan bayram
Müasir Azərbaycanda Respublika Gününə münasibət birmənalı deyil.
Bir tərəfdən, bu, faktiki olaraq, xalq, o cümlədən də gənclər arasında yeganə siyasi bayramdır.
Digər tərəfdən, hər il müxalifət, eyni zamanda çox sayda bitərəf vətəndaş Bakıda indiyə qədər ideoloq və AXC-nin liderlərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin heykəlinin olmaması ilə bağlı narazılıqlarını bildirirlər. Ümumiyyətlə, müxalifət hesab edir ki, indiki hakimiyyət AXC-ni “qısqanır”, ona görə də bu bayrama lazımi ehtiram bəsləmir.
Həm də bu, müasir Azərbaycanın demokratik aldandırılmasının çətin olduğunu xatırlatmaq üçün bir bəhanədir – beynəlxalq səviyyədə onun insan haqlarının mütəmadi olaraq pozulduğu avtoritar ölkə imici formalaşıb.
Hakimiyyət isə öz növbəsində, Respublika Gününə çox soyuq yanaşır. Ölkənin birinci adamları xalqı təbrik edir və AXC-nin abidəsinə gül qoyur, axşamlar isə dənizkənarı bulvarda adətən bayram konserti və atəşfəşanlıq olur. Amma keçən iki ildə müxalifətçilərə müxtəlif bəhanələrlə bayram yürüşü etmək imkanı verilməyib, bu da insanların saxlanması ilə nəticələnib.
Hakimiyyət mərkəzdə, müxalifət şəhər kənarında
Bu il prezident İlham Əliyev yenə də Bakının mərkəzində abidəni ziyarət edib, birinci ledi və birinci vitse-prezident Mehriban Əliyeva isə özünün rəsmi Facebook səhifəsində bayram təbriki yazıb.
Karantinə görə atəşfəşanlıq və konsert olmayacaq. Abidə önündə gül və əklil də əvvəlki vaxtlara nisbətən daha az olacaq.
Demokratik Qüvvələrin Milli Şurası müxalif birliyinin və Müsavat Partiyasının üzvləri Bakı yaxınlığında Novxanı qəsəbəsinə getdilər (ayr-ayrılıqda), Məhəmməd Əmin Rəsulzadə burada anadan olub, onun yeganə heykəli də burada ucaldılıb. Polis xüsusi maneə törətməsə də, ortada fırlanır və məsafə saxlamağı tələb edirdi. Ümumilikdə, hər şey dinc şəraitdə keçdi.