“Sahil bağını günlərin bir günü əllərində molbertlə məktəblilər, tələbələr və rəssamlar tutdu. Birlikdə şəkil çəkmək seansı Səbail rayonu İcra Hakimiyyətinin xeyir-duası ilə baş tutdu.
Seans səhər saat onda başladı. İştirakçılar üç qrupa bölünürdü: vətənpərvərlik mövzusunda cidd-cəhdlə işləyən məktəblilər, “Xocalı faciəsi mövzusu verilən İncəsənət Akademiyasının tələbələri və “Bakı baharını təsvir edən “Arts Council Azerbaijan QHT-nın 11-ci plenerinin iştirakçıları. Sonunculara boyası və kətanı olan istənilən kəs qoşula bilərdi.
Şəhərlilər şəkillərin necə çəkildiyini görmək və hətta xoşlarına gələnləri almaq imkanı əldə etdilər. Bunun üçün rəssamların çoxu yerindəcə kətanın arxa tərəfində telefon nömrələrini iri rəqəmlərlə yazdılar.
Plener – obyektlərin təbii işıq altında və təbii şəraitdə təsviri texnikası.