“Bir dəfə Bakıda Akvaparkda çıxış etməliydik. Hansısa müğənnilər fonoqrama ilə oxuyurdu, masa arxasında oturanlar əl çalırdı. Bizim vokalçı mikrofonu götürüb, insanlarla salamlaşdı və dedi:
“Salam, əziz dinləyicilər, siz indi fonoqramanın nə olduğunu eşidəcəksiz”. Mən də gitaranı fon kimi səsləndirdim, təbilçi saymağa başladı və xardkor canlandı.
Biz səhnədə qaçır, öz musiqimizdən həzz alırdıq. Biz zala baxmırdıq, elə çalırdıq ki, sanki bizdən başqa heç kim yoxdur. Musiqimiz çox gur idi (qrayndkor) və biz ifamızı bitirəndə zala tam sükut çökmüşdü.