Rəcəb Tayyib Ərdoğan yenidən prezident oldu. Onun partiyası parlament çoxluğunu təşkil edir
Paylaşmaq
Paylaşmaq
Türkiyədə növbədğnkənar prezident və parlamanet seçkiləri baş tutub. Səslərin çox hissəsinin hesablanmasından sonra hazırkı prezident Rəcəb Tayyib Əfrdoğan qalib elan olunub. İlkin məlumatlara görə, o, 53 faiz səs toplayıb, onun rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası isə parlamentdə çoxluğunu qoruya bilib, – CNN xəbər verir.
Nəticələr
Müxalifət lideri Muharrem İnceyə seçicilərin 31 faizi səs verib. Bununla belə bütün Türkiyə üzrə müxalifətin təşkil etdiyi mitinqlərdə 2.5 milyondan 4 milyon nəfərə qədər adam iştirak edib.
Türkiyə parlamentinə seçkilərdə Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası liderlik edir. Pariya səslərin 60 faizinə qədərini toplayıb.
Ön tarixçə
Türkiyədə daxili siyasi vəziyyət son iki ildə, hərbçilər dövlət çevrilişinə cəhd göstərəndən sonra kəskin dəyişib. Çevriliş cəhdinin qarşısını almağa müvəffəq olan Ərdoğan ölkədə kütləvi represiyyalar həyata keçirib.
2016-cı ilin yayında çevriliş cəhdi baş tutan zamandan bəri Türkiyədə ABŞ-da emiqrasiyada olan din xadimi Fətullah Gülənlə ehtimal olunan əlaqələrinə görə on minlərlə insan işindən məhrumm olub. Ərdoğan məhz onu uğursuz dövlət çevrilişi cəhdinin təşkilatçısı hesab edir. Eyni səbəblərdən yüzlərlə insan həbsə atılıb. Söhbət yüksək rütbəli hərbçi, polis, hakim, jurnalist, universitet müəllimlərindən gedir.
2017-ci il referendumu və onun nəticələri
2017-ci ildə Türkiyədə konstitusiya islahatları həyata keçirilib və nəticədə prezidentin səlahiyyətləri əhəmiyyətli dərəcədə artırılıb. Konstitusiyaya edilən digər dəyişikliklərlə yanaşı Türkiyədə prezidentlik müddəti 5 ilə qədər artırılıb. Həmçinin referendum nəticələri ölkə prezidentinə parlamentin dəstəyilə növbədənkənar seçkilər təyib etmək imkanı verib.
İşin əsli
Növbədənkənar seçkilərin təyin edilməsi (əslində seçki 2019—cu ildə olmalı idi) Ərdoğana referendum nəticəsində qəbul olunmuş konstitusiya dəyişikliklərinin mümkün qədər tez qüvvəyə minməsi üçün lazım idi. Üstəlik Türkiyə prezidenti əmin deyildi ki, bir il sonra ölkə normal iqtisadi vəziyyətdə olacaq, buna görə də seçkiləri indi keçirmək qərarına gəlib. Türkiyədə prezident və parlament seçkilərinin növbədənkənar keçiriləcəyi haqda bu ilin aprelində elan olunub.