Parisdə baş vermiş terror aktı Azərbaycanın feysbuk istifadəçiləri arasında olduqca emosional qarşılanıb. Bütün digər fəlakətlərdə yaşanan oxşar mənzərə bu hadisədə də özünü göstərdi. Azərbaycanın internet məkanı iki yerə: fəlakətə kədərlənənlərə və kədərlənənləri ittiham edənlərə bölündü. İttiham edənlərin arqumentləri olduqca müxtəlif idi.
Fransızlar müsəlman deyil
“Müsəlman ölkələrində hər gün minlərlərə dinc sakin (uşaq, qadın, qoca) ölür, bu sizin heç yadınıza da düşmür. İndi isəhamınız fransanın bayrağını profil şəkli etmisiniz. Heç vicdanınız var sizin? Kişi olun!
Özləri günahkardılar
“Qərbli hegemonlar İŞİD – yaradanda (bu heç kimə sirr deyil) bilməli idilər ki, bir gün bu oyun onların özünə qarşı çevriləcək, onların özlərini də qanda boğacaq.
“Sarkozinin, Ollandın və digərlərinin səsi bütün Fransanın səsidir. Onlar “çoxluğunsəsidir. Fransız əhalisinin günahı ondandır ki, onların seçdikləri insanlar bu cür siyasət aparır. Onlara görə dinc əhali ölür.
Bəs Xocalı?
“Maraqlıdır, fransızlar nə vaxt Azərbaycan səfirliyinin qarşısına gül dəstələri qoyub? Bəlkə Xocalıda Azərbaycana qarşı erməni terrorunda olub ? Bəlkə binadakı yanğın nəticəsində insanlar öləndə?’
Əks tərəfin şərhləri belə rəngarəngliyi ilə seçilmirdi
“Bu gün feysbukagirməyin, şərhləri oxumayın, özünüzü kirlətməyin. Dostlarımın arasında əsasən adekvat və fikirlərimiz bölüşən insanlardı, lakin yox, hərdən axmaq şərhlər də çıxır. ‘Terrorun dini yoxdur’ ‘Bu müsəlmanlara qara yaxmaq üçündür’ ‘Fransızlara bu da azdı’ 128 insan. 128 insan ölüb. Kəsin səsinizi artıq’.