Qoşunların çıxarılması tələbinə cavab olaraq Tramp İraqı sanksiyalarla təhdid edir
Paylaşmaq
Paylaşmaq
Xarici qoşunların ölkədən çıxarılması barədə parlamentin tələbinə cavab olaraq ABŞ prezidenti Tramp İraqa qarşı sərt sanksiyalar tətbiq etməyə söz verib. Bu barədə BBC məlumat verir.
«Biz orada milyardlarla dollara başa gəlmiş müstəsna bahalı hərbi baza tikmişik. Onlar bizimlə hesablaşmayana qədər biz getməyəcəyik».
Amerika prezidentinin bəyanatı dünən İraq parlamentinin ABŞ başda olmaqla beynəlxalq koalisiyanın qoşunlarının ölkədən çıxarılmasını tələb etməsindən sonra səsləndirilib.
Koalisiya İslam dövlətinə qarşı fəaliyyət üçün yaradılmışdı. Hazırda İraqda Amerika qoşunlarının say tərkibi beş min nəfərə çatır.
İraq parlamenti xarici qoşunların çıxarılması tələbi ilə Bağdad yaxınlığında yüksək rütbəli iranlı general Qasım Süleymaninin qətlindən üç gün sonra çıxış edib.
Süleymani İraqda şiə silahlı qruplaşmaları təşkil edib ki, bu qruplaşmalar həmin ölkədə bu yaxınlarda ABŞ səfirliyinin ələ keçirilməsi cəhdinə görə məsuliyyət daşıyırlar.
«Biz onlara qarşı elə sanksiyalar tətbiq edərik ki, onlar hələ belə şey görməyiblər», — Tramp bəyan edib.
İraq parlamentinin xarici qoşunların çıxarılması haqqında qətnaməsi hüquqi öhdəlik yaratmayan xarakter daşıyır.