Qocalar marşrutlarda gedə bilməyəcək
Bazar ertəsi
Euard Jamakoçyan, pensioner olmasına baxmayaraq, adətinə uyğun olaraq saat 7-də yuxudan qalxır. Onun xanımı Anait artıq çoxdan yuxudan qalxıb. Gümrüdəki ailələrdə yaşlılara hörmət bir növ qanundur. Buna görə də Anait artıq mətbəxdədir və ərinə kofe hazırlayır. Saat 7-30 da o, artıq iş alətlərinin olduğu qutunun olduğu dəhlizdədir. Onun üzərində “qaynayan stəkanlar yazılıb. Gümrüdə məhşur olan 70 yaşlı usta Edik bu işi görən yeganə insan deyil.
“Budur içməyə başlayırsan və belə səs çıxır… Biz bunu klklan adlandırırıq – usta deyir.
“Klklan Gümrünün simvoludur. Onlar misdən, bürüncdən, gümüşdən bəzən isə qızıldan düzəldilir. Bu stəkanların düzəldilməsi sirrini yalnız Edik bilir. Əsasən mis sənəti ilə məşqul olan Jamakoçyanlar 1895-ci ildə Ərzurumdan İgəndəriyyəyə köçüblər. Milotos və Vaan qardaşları buralara tez öyrəşdilər və tezliklə mis məmulatlarının satıldığı mağazalarını açdılar. 1906-cı ildə Edikin atası Suren dünyaya gəldi, o isə öz növbəsində dədə-baba sənətini oğluna öyrətdi.
“Gümrüdə yaxşı bir deyim var : yaxşı usta günortaya qədər ac qalar. Günortadan sonra işi hazırdır və müştəri ödənişini edir, Edik deyir. Bürünc stəkanın qiyməti 10-13 dramdır. (20-15 dollar). Bahalı metallardan olan mıəmulatların qiyməti neçəyə olur sualına usta cavab vermir, əvəzində isə gözlərini qıyır.
Edik bütün ömrü boyu fəhlə işləyib. 20 il soyuducu zavodunda, 7 il parça kombinatında, 2 il iplik fabrikində, bir il isə tikintidə. Sovet ordusunda göstərdiyi hərbi xidmətin 3 ili də təqaüd zamanı nəzərə alınıb. Düzdür, təqaüd çox azdır. O çörəyini düzəltdiyi stakənlardan çıxardır.
Edik stəkanları düzəltdiyi vaxt Anait ev işlərini görür. Gümrünün həyat tərzi belədir, ya yerli əhalinin həyatına və adətlərinə uyğunlaşırsan, ya da çıxıb gedirsən. Ev işlərindən sonra Anait bazarlığa gedəcək- bazar 15 dəqiqəlik piyada yoldadır.
Ən vacib məhsul ətdir. Əgər süfrədə ət olmasa nə Edik, nə də onun oğlu yemək yeyəcək. Ailənin ən çox sevdiyi yemək tolmadır, kişilər çox vaxt balıq tutmağa gedir və nahara öz tutduğu balıqları gətirir.
Təqaüdçülər tək yaşamır. Gümrüdəki adətlərə görə ata-ana balaca oğulun ailəsi ilə qalmalıdır. Başqa cür ola da bilməz, yoxsa hamı sual verər ki, “ sizə nə olub ki birlikdə yaşamırsız? Oğlu Vaanın ayrı yaşamaq ağlına belə gəlmir. Ev böyük olmasa da hamıya bəs edir. Bir sözlə, hər şey yaxşıdır.
Çərşənbə axşamı
Saat 11-də Edik ilə arvadı banka gedirlər- bu gün pensiya veriləcək. Adətən banka Anait tək gedir, lakin bu dəfə Edik də onunla gedəcək, çünki, yeni plastik kart almalıdır və onun imzası olmasa kart verilməyəcək. “Təqaüdlə yaşamaq mümkün deyil, mən 39 min dram (80 dollar) alıram, arvadım 48 min dram ( 100 dollar). Əgər oğlumun köməyi və əlavə sənətim olmasaydı biz yaşaya bilməzdik.
Sovet dönəmində insanlar işləyirdi, təqaüdünü alırdı, pulsuz istirahət edirdi və pulsuz müalicə alırdı. İctimai nəqliyyatda müəyyən imtiyazlara malik idi.İndi marşrutda pulsuz getmək olar?
Çərşənbə
Səhər tezdən Anait aptekə gedir, Edik isə ləvazimatları olan qutunun yanındadır. “ 24 min dram ( 50 dollar) pul xərclədim, amma dərmanların yarısını ala bildim, – o deyir,- ayda dərmanlara 100 dollar gedir. Təqaüdün yarısı.
Altı il əvvəl isə ailənin bu dərmanlara ehtiyacı yox idi. 2009-cu il ailə üçün yaxşı olmuşdu- çoxlu sifariş almışdılar. Heç kimin ağlına gəlməzdi ki pis nəsə ola bilər. Edik ümumi halsızlıq hiss etməyə başladı, təzyiqi yuxarı qalxdı. Poliklinikaya getdi. Həkim onu inandırdı ki, heç bir ciddi şey yoxdur. Altı gün sonra Ediki infakt diaqnozu ilə xəstəxanaya apardılar.
Cümə axşamı
Bu gün Edikin yanına italyan təqaüdçülər gəldi və sifariş verdilər. Onlar getdikdən sonra Edik dedi: “ Pis olan bilirsən nədi? Biz təqaüdə çıxanda bizi siyahıdan silirlər. Xaricdə isə hər şey başqa cürdür. Onlar saatlarla həyatlarının indi nə qədər maraqli olduğunundan danışırdılar
Cümə
“Gənc yaşlarında Vaan mənim sənətimi davam etdirmək istəmirdi, – Edik danışır, – mən hətta kənardan şagird götürmək istəyirdim. Yenə də istəməzdim ki bu stəkanların düzəldilməsi sirri bizim ailədən kənara çıxsın. Sonra oğlum fikrini dəyişdi. Yəqin sənətin necə vacib oluğunu anladı. Bu gün də biz çörəyimizi bu sənətdən çıxardırıq.
Elə bu vaxt Vaan ilə arvadı işdən qayıtdı. Onların 4 yaşlı oğlu yuxudan oyandı. Bu uşaq Edikin və Anaitin sevimlisidir. “Qocalanda tək yaşamaq ölümdən də betərdir. Yaxşı ki, oğul və nəvələr var. Hər kəsin öz xoşbəxtliyi var. Deməli, Kanada təqaüdçüləri kimi dünyanı gəzmədən, xarici dil kurslarına getmədən və idmanla məşqul olmadan da xoşbəxt olmaq olar.