«Qızlar, siz xəstəsiniz», — Sergey Lavrov gürcüstanlı jurnalist qızlara belə deyib
Paylaşmaq
Paylaşmaq
Rusiya xarici işlər naziri Sergey Lavrov gürcüstanlı jurnalist qızlara xəstə deyib. RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə onları mem və “bütün ləyaqətini itirmiş qadınlar” adlandırıb.
Gürcüstan KİV-lərinin təmsilçilərinin Rusiya nümayəndə heyəti ilə görüşü Cenevrədə baş tutub. Jurnalistlər aydınlaşdırmağa cəhd ediblər ki, Lavrov may ayında Avropa Şurasının nazirlər komitəsinin Tbilisidəki iclasına gələcək, ya yox.
“Siz xəstəsiniz, qızlar”, – İctimai yayımçının və “İmedi” teleşirkətinin müxbirlərinə Lavrov bildirib.
Bununla əhvalat başa çatmayıb. Bir qədər sonra RF XİN rəsmi nümayəndəsi Mariya Zaxarova özünün “Facebook” səhifəsində yazıb ki, gürcüstanlı jurnalist qızlar Rusiya nümayəndə heyətinə hücum ediblər. O, qolundakı cızıqların fotoşəkillərini də dərc edərək izahat verib ki, gürcüstanlı jurnalist qızların hücumu nəticəsində xəsarət alıb.
2020-ci ilin may ayının 14-15-də Avropa Şurasında sədrlik edən ölkə qismində Gürcüstan Avropa Şurası nazirlər komitəsinin 130-cu görüşünü qəbul edəcək. Nazirlərin görüşünə ənənəvi olaraq xarici işlər nazirləri toplaşır. Rusiya Avropa Şurasının üzvüdür. Müvafiq olaraq, Sergey Lavrovun səfəri məsələsi, Moskva ilə Tbilisi arasında mürəkkəb münasibətlər nəzərə alınarsa, təsadüfən yaranmayıb, belə ki, 2008-ci il müharibəsindən sonra Gürcüstanın qəbul etdiyi “İşğal edilmiş ərazilər haqqında” qanunu dəfələrlə pozaraq rusiyalı nazir Gürcüstan hakimiyyətinin xəbəri olmadan nəzarətdən çıxmış Abxaziyaya və Cənubi Osetiyaya səfərlər edib və belə bir vəziyyətdə rəsmi Tbilisinin onu qəbul edəcəyi sual altındadır.
Xatırladaq ki, Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər 2008-ci ilin avqust müharibəsindən və bundan sonra Rusiyanın Abxaziyanın və Cənubi Osetiyanın suverenliklərini tanımasından sonra kəsilib. Artıq 12 ildir ki, Rusiyanın Sergey Lavrov səviyyəli məmurları Gürcüstana səfər etmirlər.