Qırılan liftlər və korrupsiya qalmaqalı: Bakıda liftlərə məsul müəssisənin keçmiş başçısı istintaq altında
Bakı liftlərinə cavabdeh olan “Lifttəmir” İstehsalat Birliyinin başçısı Qüdrət Şükürov vəzifəsindən azad edilib. Onun barəsində xüsusilə iri məbləğdə mənimsəmə ittihamı üzrə cinayət işinı başlanıb, “Lifttəmir”in özündə isə hazırda prokurorluğun komissiyası araşdırma aparır.
Bakı sakinləri çoxdan bəri “Lifttəmir”in işindən narazıdırlar – əksər çoxmərtəbəli binalarda liftlərin vəziyyəti ürəkaçan deyil. Onlar tez-tez sınır, mütəmadi olaraq qəzalar baş verir, bəzən hətta ölüm hallarına rast gəlinir. Sonuncu belə hadisə, demək olar ki, Şükürovun işdən azad edilməsi ilə eyni vaxta təsadüf etdi – liftin kabinəsi şaxtaya düşdü və xadiməni əzərək öldürdü.
Lakin prokurorluq Şükürovla onun adının hallandığı bir neçə korrupsiya qalmaqalı ilə bağlı maraqlanıb. Ələlxüsus, Amerikanın “United Technologies Corporation” şirkəti “OTIS Elevator Co” törəmə şirkətinin “Lifttəmir”ə Bakıda dövlətin balansında olan yaşayış binalarının liftlərlə təmin edilməsi işində üstünlük qazanmaq üçün rüşvət verməsi üzündən çoxmilyonluq cərimə ödəməyə məhkum edilib.
Hələ ötən il KİV məmurun əliəyriliyi barədə yazmağa başlamışdı. Özü də bu onun qızı üçün həddən artıq təmtəraqlı toy etməsindən sonra baş vermişdi.
Sosial şəbəkələrdə xadimənin ölümü və Şükürovun işdən azad edilməsi bir mövzu kimi müzakirə edilir:
«Özü bu yerə gətirib çıxardı. Toyla gündəmə gəldi, bu da diqqət çəkdi və işlərini yoxlamağa başladılar…»
«Günah keçisi tapıblar. Aydındır ki, sadə adamların yaşadığı binalarda liftlər bundan sonra da qırılacaq. 10 ildən sonra da onun üstünə atacaqlar?»
“Ölən qadına heyif oldu!»