Qarabağın Müdafiə Nazirliyi Azərbaycan xüsusi təyinatlılarının diversiyasının qarşısının alındığını bildirir
Dağlıq Qarabağın Müdafiə Nazirliyi xəbər verir ki, 22 iyuna keçən gecə Azərbaycanın xüsusi təyinatlıları diversiya müdaxiləsinə cəhd edib. Məlumatda bildirilir ki, “Müdafiə Ordusunun döyüş növbəsini həyata keçirən hissələri yüksək taktiki hazırlıq və lazımi texniki təchizat sayəsində diversant qrupunun hərəkətini zamanında görə bilib”.
Azərbaycan hərbçiləri öz mövqelərinə sıxışdırılıb. Ermənistan tərəfi hesab edir ki, bu zaman onlar azı dörd nəfər itiriblər. Xüsusi təyinatlılar ermənilərin mövqelər arası zonasında şəxsi əşyalarını qoyub gediblər. Dağlıq Qarabağın Müdafiə Nazirliyinin xəbərinə diversantlara məxsus əşyaların fotosu da əlavə olunub.
Ermənistan tərəfi itki verməyib.
BMT-nin yaydığı bəyanatda deyilir ki, təşkilat yaxın zamanda Dağlıq Qarabağda təmas xəttində atəşkəsin pozulması ilə bağlı ATƏT MQ həmsədrlərinin narahatlığını bölüşür. BMT həmsədrlərinin danışıqların yenidən başlanması ilə bağlı çağırışına qoşulur və lazım olduğu təqdirdə bu səyləri dəstəkləməyə hazır olduğunu bildirir.
Ötən gün ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərlərinin nəticələri ilə bağlı bəyanat yayıblar və bu bəyanatda tərəfləri təmas xəttində və Ermənistanla Azərbaycan arasındakı dövlət sərhədində gərginliyin azaldılması üçün tədbir görməyə, həmçinin danışıqların bərpa edilməsi üçün siyasi iradə nümayiş etdirməyə çağırıblar, çünki bu, uzunmüddətli sülhə aparan tək yoldur. bildiriblər ki,
Azərbaycanın Müdafiə Nazirliyi DQ müdafiə qurumunun və KİV-nin yaydığı məlumatları təkzib edir.
“Ermənistanın hərbi rəhbərliyi cəbhədəki son itkilərini və uğursuzluqlarını reabilitasiya etmək üçün növbəti dəfə saxtalaşdırılmış, yalan məlumata əl atıb”, – “Minval” portalı Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidməti əməkdaşına istinadən yazır.