Qarabağdan Berlinədək
Müharibəni xatırlayarkən, Ərşad insanlar haqda çox danışır: döyüş vaxtı yaralandığı zaman onu gizlədən, sonra da ardınca gələn rus əsgər haqda; həmyerlisi çıxan hərbi hospitaldakı həkim haqda; müharibədə həlak olan yoldaşları haqda.
Cabbarov Ərşad 1923-cü il iyunun 27-də Azərbaycanın Qubadlı rayonunun Aşağı Mollu kəndində doğulub. 1942-ci ildə Ərşad cəbhəyə çağırılıb. O, demək olar ki, dörd il döyüşüb, bu müddətin 11 ayını ağır yaralanandan sonra müalicə olunduğu hospitalda keçirib, Berlinə qədər gedib çıxıb, sonra isə doğma kəndinə qayıdıb və uzun illər kolxoz sədri işləyib.
1993-cü ildə Qarabağ münaqişəsi nəticəsində o, məcburi köçkün olub: Bakıya yerləşməli olub. İndi Ərşad Fatmayi qəsəbəsində yaşayır. Həyatdan şikayətçi deyil. Övladları və nəvələri ona kömək edir, onun sözlərinə görə, pensiyası da dolanmağına yetir. İkinci Dünya Müharibəsinin iştirakçısı kimi ona maşın da hədiyyə ediblər (indi bu maşını nəvəsi sürür, çünki Ərşad 94 yaşında artıq sükan arxasına keçə bilmir).
Ərşadın üç oğlu (dördüncüsü 42 yaşında vəfat edib) və beş qızı var, hərəsinin də öz ailəsi.