Qarabağda referendumu müşahidə edənlər Azərbaycan XİN-in “qara siyahısına” daxil ediləcək
Paylaşmaq
Paylaşmaq
Dağlıq Qarabağda keçirilən referendumun monitorinqinə gələn xarici müşahidəçilər arzuolunmaz şəxslər sırasına daxil ediləcək. Bunu XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevbildirib.
“İlk araşdırma göstərdi ki, bu şəxslərin əksəriyyətinin adları artıq “arzuolunmaz şəxslər” siyahısına daxil edilib. Bunlar erməni lobbisinin nümayəndələri və Ermənistanın təsiri altında olan insanlardır. Bir sıra şəxsin adı da dəqiqləşdirmədən sonra mütləq şəkildə bu siyahıya daxil ediləcək”, – Hikmət Hacıyev “İnterfaks-Azərbaycan” agentliyinə deyib.
Azərbaycan XİN-in “qara siyahısı” haqda burdanoxumaq olar.
Tanınmamış Dağlıq Qarabağ Respublikasının yeni konstitusiyasına dair referendum fevralın 20-də baş tutub. Konstitusiya referendumu vasitəsilə yerli əhali prezident üsul-idarəsinə keçməyə razı olub, olmadığını müəyyən edəcək.
Qarabağda keçirilən referendum haqda daha ətraflı burada