2020-ci il oktyabrın 30 Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər
-
Ötən gün ərzində cəbhədə vəziyyət haqda Ermənistanın Müdafiə Nazirliyi
Ermənistanın Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovannisyan bildirib ki, bütün gün ərzində praktiki olaraq bütün istiqamətlərdə ağır döyüşlər davam edib. Araz çayının şimalına doğru Ermənistan qüvvələri bəzi mövqe üstünlüklərini qoruyur, amma döyüşlər davam edir – vəziyyət dəyişə bilər.
Hovannisyan həmçinin deyib ki, Ermənistan SQ-in uğurlu əməliyyatı nəticəsində Martuni rayonunun Karmir Şuka kəndi yaxınlığında diversiya qrupları ilə döyüşlər davam edir.
Bugün Ermənistan sərhədinin cənubunda, Ermənistanın Sünik vilayətinin Qafan şəhəri ətrafındakı David-Bek kəndi istiqamətində də hərbi əməliyyatlar davam edib. Bu hissə artilleriya atəşinə məruz qalıb. Qurbanlar və ziyan çəkənlərlə bağlı hələlik konkret informasiya yoxdur.
-
“Azərbaycan məqsədyönlü şəkildə yaşayış məntəqələrinə zərbələri davam etdirir” – Qarabağ ombudsmeni
Artak Beqlaryan Twitter-də mikrobloqunda bildirib ki, Azərbaycan tərəfindən açılan atəş nəticəsində Aknaxbür kəndində 60 yaşlı sakin həlak olub, 6 nəfər yaralanıb.
#Breaking!
As a result of #Azerbaijan shelling, in Aknaghbyur village of #Artsakh/#Karabakh, 60YO Sergey Balayan was killed & 6 other civilians have been wounded.
Azerbaijan continues deliberately/indiscriminately targeting civilian areas & population.#WarCrime #DontBeBlind— Artak Beglaryan (@Artak_Beglaryan) October 30, 2020
-
Ermənistanın eks-prezidenti Robert Koçaryan Qarabağ problemini müzakirə etmək üçün Moskvaya uça bilməyəcək
Rusiyaya giriş üçün koronavirus testi vermək lazım idi və nəticə müsbət çıxıb.
Daha əvvəl bildirilmişdi ki, Robert Koçaryan Ermənistanın digər eks-prezidenti Levon Ter-Petrosyanla birlikdə Dağlıq Qarabağdakı vəziyyəti Rusiyanın siyasi elitası ilə müzakirə etmək və hazırkı ölkə hökumətinə “konkret həll yolu” təklif etmək üçün Moskvaya gedəcək.
-
Ermənistanın eks-prezidentləri Qarabağ münaqişəsinin nizamlanması yollarını tapmaq üçün Moskvaya getməyə hazırlaşır
Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan və Robert Koçaryan Moskvada Rusiya siyasi elitası ilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etmək və sonra hazırkı hökumətə “konkret həll yolları” təklif etmək niyyətindədirlər. Bu haqda Ermənistanın baş nazirinin mətbuat katibi Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, Nikol Paşinyan bu təkliflə razılaşıb və vurğulayıb ki, Ermənistanın və Dağlıq Qarabağın xeyrinə olan hər hansı addıma mane ola bilməz.
“Bizim məlumatımıza görə, eks-prezidentlər hələ Ermənistanı tərk etməyiblər. İstənilən halda baş nazir və hökumət vəziyyətin nizamlanması ilə bağlı təkliflərə açıqdır və heç vaxt bu cür təkliflərin müzakitəsindən imtina etməyib”, – mətbuat katibi yazıb.
-
Daha 9 yaşayış məntəqəsi Azərbaycan ordusunun nəzarətinə keçib – İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev özünün “Twitter” hesabında Azərbaycan ordusunun nəzarəti altına keçmiş daha 9 yaşayış məntəqəsinin adlarını açıqlayıb:
Cəbrayıl rayonu: Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri;
Zəngilan rayonu: Aladin, Vecnəli kəndləri;
Qubadlı rayonu: Kavdadıq, Məmər, Mollalı kəndləri.
-
Müharibənin başlanmasından bəri 91 dinc sakin həlak olub - Azərbaycan Baş Prokurorluğu
Azərbaycan Baş Prokurorluğu həlak olmuş və yaralanmış dinc sakinlər haqqında məlumatı yeniləyib.
“Hərbi əməliyyatların başlanmasından bəri 91 dinc sakin həlak olub, 400 nəfər yaralanıb. Həlak olanlar arasında 1 körpə, 10 uşaq, 27 qadın, 53 kişi və 15 yaşlı insan var”, – qurumun məlumatında deyilir.
-
Qubadlı rayonunun ərazisi artilleriya atəşinə tutulur - Azərbaycan Müdafiə Nazirliyi
“Hazırda Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu tərəfdən Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur.
Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görüləcək”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
-
Yaşlı erməni əsir Azərbaycanda vəfat edib – Ermənistan ombudsmeni
Arman Tatoyan Facebook səhifəsində bildirib ki, gecə 84 yaşlı mülki şəxs Mişa Melkumyan Azərbaycan əsirliyində vəfat edib.
Mişa Melkumyan oktyabrın 29-da Azərbaycan tərəfinin Ermənistana təhvil vermək niyyətində olduğu şəxslərdən biri olub. Əvvəlcə Azərbaycan Rusiyanın vasitəçiliyi ilə 30 hərbçinin cəsədini və Hadrutda hərbi əməliyyatlar zamanı sağ aşkarlanan iki yaşlı şəxsin təhvil verildiyini elan edib. Amma Ermənistan tərəfi 29 cəsəd və bir girovu təhvil aldığını bildirib.
Azərbaycanın Əsirlər, Girovlar və İtkin Düşənlərlə İş üzrə Dövlət Komissiyası bu bəyanatdan sonra bildirib ki, Ermənistan tərəfi 84 yaşlı Mişa Melkumyanı qəbul etməkdən imtina edib.
Ermənistan ombudsmeni bildirib ki, bu informasiya həqiqətə uyğun deyil. Ermənistanın müvafiq orqanlarına sorğu nəticəsində məlum olub ki, yaşlı şəxsin səhhəti onun daşınmasına imkan verməyib – həkimlərin bildirdiyinə görə, o nəqliyyatla daşınacaq vəziyyətdə olmayıb.
-
Azərbaycan Müdafiə Nazirliyi: “Bir sıra yaşayış məntəqələrimiz atəşə tutulur”
“Oktyabrın 30-u saat 07:35-dən başlayaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulur.
Ordumuz tərəfindən adekvat tədbirlər görülür”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
-
Gecə Azərbaycan SQ cəbhədə hücumları və yaşayış məntəqələrini atəşə tutmağı davam etdirib – Qarabağ Müdafiə Nazirliyi
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Qarabağ müdafiə ordusunun hissələri gecə hücumlarını dəf edib, o cümlədən də Azərbaycan SQ-in dislokasiya rayonlarında axtarış-kəşfiyyat əməliyyatları həyata keçirib.
“Hazırda düşmən qruplaşmaların axtarışı və məhvi üzrə əməliyyatlar davam edir”, – məlumatda deyilir.
-
Döyüş əməliyyatları davam edir – Azərbaycan Müdafiə Nazirliyi
“Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 29-u gün ərzində və 30-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.
Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.
-
Oktyabrın 30-u səhər hadisələrin qısa icmalı
Qarabağda döyüşlərin ikinci ayı.
• “Düşmən Şuşanın [Qarabağın əhəmiyyətinə görə ikinci şəhəri] 5 kilometrliyindədir” – Qarabağ prezidenti bildirib və hamını birləşməyə, şəhərin alınmasına imkan verməməyə çağırıb.
• Ermənistan hərbçiləri Azərbaycanın Goranboy və Tərtər rayonlarını atəşə tutub, daha bir yerli sakin həlak olub – Azərbaycan prezidentinin köməkçisi məlumat verib. Bildirilir ki, sentyabrın 27-də döyüşlər başlayandan Azərbaycan tərəfindən 90 nəfər dinc sakin həlak olub.
• “Stepanakert, Şuşa və ətrafdakı yaşayış məntəqələri Azərbaycan hərbçilərinin hədəfində qalır. Atəş zamanı “Smerç” reaktiv sistemlərindən istifadə olunur” – Qarabağ Müdafiə Nazirliyi məlumat verib.
• Amnesty International və Human Rights Watch Ermənistanın oktyabrın 28-də Azərbaycanın Bərdə şəhərini kasset sursatları ilə atəşə tutduğunu təsdiqləyib. Orada 21 nəfər həlak olub, 60 nəfərdən çox yaralanıb.
• “Sursatların qəlpələrinin beynəlxalq və yerli jurnalistlər, o cümlədən də Bərdə sakinləri tərəfindən çəkilən fotoları HRW-da analiz edilib. Hücum zamanı beynəlxalq konvensiyalarla qadağan edilmiş sursatlardan istifadə olunub”, – təşkilatın məlumatında deyilir.
• Rusiya, Beynəlxalq Qırmızı Xaç Komitəsi və ATƏT-in sari sədrinin şəxsi nümayəndəsinin səyləri nəticəsində ilk dəfə meyitlərin qaytarılması baş tutub. Azərbaycan bildirib ki, 30 erməni hərbçisinin cəsədi və Hadrutda döyüşlər zamanı sağ aşkarlanan ahıl yaşda iki şəxs təhvil verilib. Ermənistan bildirib ki, 29 erməni hərbçinin meyitini və bir dinc sakini sağ təhvil alıb.
• Qarabağ müdafiə ordusu Azərbaycanın Bərdə və Gəncə şəhərlərində yerləşən legitim hərbi hədəflərin siyahısını dərc edib. Hər iki şəhər Ermənistan hərbçiləri tərəfindən bombardmana məruz qalıb və orada onlarla insan həlak olub.
• Avropa Məhkəməsi Azərbaycan hökuməti üzərinə noyabrın 3-ə qədər beş erməni əsir haqda məlumat təqdim etmək öhdəliyi qoyub – erməni əsirlərin ailələrinin Avropa İnsan Haqları Məhkəməsindəki təmsilçisi bildirib. Ermənistan bildirir ki, Azərbaycanda ümumilikdə 17 erməni hərbçi əsir saxlanılır.
• Azərbaycan prezidenti “Azad olunmuş ərazilərdə idarəetmənin təşkili haqda” fərman imzalayıb, oralarda komendantlıqlar yaradılır.
• “Qarabağ zonasında müəyyən rejimin təmin edilməsi ilə Azərbaycana beş plyus rayonun qaytarılması haqda danışmaq [lazımdır]. Uzunmüddətli nizamlama ondan ibarət olar ki, hər iki tərəfi təmin edən maraqlar balansı tapılsın. Qarabağ münaqişəsinin nizamlanması üçün hərbi əməliyyatlar dayandırılmalıdır ki, danışıqlar masasına oturulsun”, – Rusiya prezidenti deyib.
-
2020-ci il oktyabrın 29 Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər, reportajlar, foto/video