2020-ci il oktyabrın 9-də Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər
-
Cəbrayıl və Hadrutun ələ keçirilməsi haqda bəyanat həqiqətə uyğun deyil – Ermənistanın Müdafiə Nazirliyinin nümayəndəsi
Artsrun Hovannisyan ənənəvi axşam brifinqi zamanı cəbhə xəttindəki vəziyyət haqda:
“İlham Əliyev doqquz yaşayış məntəqəsinin alınması haqda bəyanat verdiyi zaman mən Hadrutda idim. Göünür Azərbaycanın yüksək rəhbərliyinə cəbhədəki uğursuzluqlar haqda məlumat vermirlər. İlham Əliyevin tələdə olduğu və Qarabağdakı real vəziyyət haqda təsəvvürünün olmaması istisna deyil”.
Azərbaycan prezidenti bir neçə saat əvvəl bəyan edib ki, Azərbaycan ordusu Hadrut qəsəbəsini və bir neçə yaşayış məntəqəsini “işğaldan azad edib”.
Hovannisyanın sözlərinə görə, Ermənistanın silahlı qüvvələri Azərbaycan tərəfinin sentyabrın 27-dən başlayan hücum əməliyyatlarını sındırmağa və dayandırmağa müvəffəq olub.
-
31 nəfər həlak olub, 168 nəfər xəsarət alıb – Azərbaycanın itkiləri barədə yeni məlumat
“Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 31 nəfər həlak olub, 168 nəfər isə xəsarət alıb.
Bundan başqa, Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 1091 ev, 143 mülki obyekt və 45 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb”, – Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatında bildirilir.
-
Azərbaycan ordusu daha doqquz yaşayış məntəqəsini nəzarəti altına aldı – president
“Bu gün Azərbaycan ordusu Hadrut qəsəbəsini, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracalı, Əfəndilər, Süleymanlı, Sur kəndlərini işğaldan azad edib. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!” – Azərbaycan prezidenti İlham Əliyev özünün “Twitter” hesabında yazıb.
Bu gün Azərbaycan ordusu Hadrut qəsəbəsini, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracalı, Əfəndilər, Süleymanlı, Sur kəndlərini işğaldan azad edib. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!
— İlham Əliyev (@azpresident) October 9, 2020
-
Hərbi vəziyyətə rəğmən Yerevanda AAİİ-nin hökumətlərarası iclası baş tutub
Rusiyanın liderliyi altında fəaliyyət göstərən Avrasiya İqtisadi İttifaqının iclasında Qırğızıstan istisna olmaqla bütün üzv ölkələrin nümayəndələri iştirak edib. Baş nazir Kubatbek Boronov hökuməti istefaya göndərildiyi üçün iclasa qatıla bilməyib.
Rusiyanın baş naziri Mixail Mişustin iclas zamanı Dağlıq Qarabağda hərbi əməliyyatlar nəticəsində həlak olanların doğmalarına və yaxınlarına başsağlığı diləyib. O, münaqişə zonasında hərbi əməliyyatların dayandırılmasının vacibliyini qeyd edib və Rusiyanın sülh nizamlamasına dəstək olmağa hazır olduğunu bildirib.
Paşinyan və Mişustin arasında ikitərəfli görüş də baş tutub. Onlar burada da Qarabağ məsələsinə toxunublar, amma söhbətin təfərrüatları haqda məlumat verilmir. Rəsmi məlumatda deyilir ki, Ermənistan-Rusiya iqtisadi əməkdaşlığına dair məsələlər də müzakirə olunub. Yeri gəlmişkən, bu, Mişustinin baş nazir vəzifəsində Yerevana ilk səfəridir.
-
İlham Əliyev xalqa müraciət edib
Öz çıxışında Azərbaycan prezidenti deyib:
“Həmişə deyirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Mən bununla razı deyildim… Mən haqlı çıxdım. 30 ilə yaxın müddətdə 1 sm torpaq bizə danışıqlar yolu ilə verildimi? Bəs necə həll olunur bu məsələ indi? Bu, hərbi yol deyilmi?
Məhz hərbi yolla bu məsələ həll edilir, sonra isə siyasi yolla. Onların dərsini verməsəydik, qaçardımı o indi Moskvaya danışıqlar üçün?”
-
Ermənistandan atılan raket göydə vuruldu – Azərbaycan Müdafiə Nazirliyi
“Ermənistan ərazisindən Mingəçevir istiqamətdə atılan ballistik hədəf Azərbaycan HHM sistemləri tərəfindən aşkar edilərək 20 kilometrdən artıq hündürlükdə məhv edilib”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
-
Cəbhənin cənub istiqamətində ən intensiv döyüşlər gedir – Qarabağ Müdafiə Nazirliyi
Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar davam edir. Ermənistan tərəfi bildirir ki, müdafiə ordusunun hissələri Azərbaycan SQ-in hücumlarını uğurla dəf edir.
-
Azərbaycan SQ Stepanakertin mülki obyektləri davamlı atəşə tutur
Bu haqda Qarabağ ombudsmeni Artak Beqlaryan Twitter-də bildirib.
#BREAKING AGAIN!#Azerbaijan just struck #Stepanakert civilian areas for a few times.
The authorities of that country are chronic terrorists & criminals, while the intl community – chronic blind.
No data on casualties yet.#DontBeBlind #RecognizeArtsakh #HumanRights— Artak Beglaryan (@Artak_Beglaryan) October 9, 2020
Ziyan çəkənlər haqda hələlik məlumat yoxdur.
-
Sərhəddə gecə gərgin keçib, operativ vəziyyət dəyişməyib – Qarabağ Müdafiə Nazirliyi
Sərhədin müxtəlif hissələrində atışma və artilleriya döyüşləri davam edib. Azərbaycan tərəfininn yaşayış məntəqələri istiqamətində raket-artilleriya atəşini davam etdirdiyi də bildirilib.
-
Bütün cəbhə boyu gərgin döyüşlər davam edib – Azərbaycan Müdafiə Nazirliyi
“Oktyabrın 8-i günün ikinci yarısından başlayaraq 9-u səhərədək bütün cəbhə boyu gərgin döyüşlər davam edib”, – Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
-
Putin ölənlərin meyitlərinin və əsirlərin dəyişdirilməsi üçün hərbi əməliyyatları dayandırmağa çağırıb
“Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla telefon danışıqları silsiləsindən sonra Rusiya prezidenti humanitar səbəblərlə ölənlərin meyitlərinin və əsirlərin dəyişdirilməsi məqsədilə Dağlıq Qarabağ münaqişəsi zonasında davam edən hərbi əməliyyatları dayandırmağa çağırıb.
Oktyabrın 9-da Rusiya xarici işlər nazirinin vasitəçiliyi ilə bu məsələlərlə bağlı məsləhətləşmələr aparmaq məqsədilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvaya dəvət olunub”, – Kremlin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
-
Oktyabrın 9-u səhər hadisələrin qısa icmalı
Qarabağda döyüşlərin 13-cü günü.
• Sentyabrın 27-də döyüşlər başlayandan rəsmi məlumata əsasən, Ermənistan tərəfdən 350 hərbçi həlak olub, dinc sakinlər arasında ölənlər 22, yaralananlar 95 nəfərdir. Azərbaycan tərəfdən 31 nəfər dinc sakin ölüb, 154 nəfər yaralanıb. Nə qədər Azərbaycan hərbçisinin həlak olduğu haqda məlumat verilmir. Ekspertlər 13-cü gündür davam edən döyüşlərin intensivliyini nəzərə alaraq hər iki tərəfdən ölənlərin və yaralananların statistikaının çox böyük olduğunu ehtimal edirlər.
• Artilleriya atəşi nəticəsində Qarabağın Şuşa şəhərində yerli sakinlərin şəhərin əsas rəmzlərindən biri hesab etdiyi Kazançetsots kilsəsi ciddi zədələnib. Atəş zamanı orada uşaqlar olub. Azərbaycan tərəfi hərbçilərinin kilsəni atəşə tutduğunu inkar edir.
• Kazançetsots kilsəsi atəşə tutulduğu zaman üç rusiyalı jurnalist yaralanıb, onlardan biri – Yuri Kotyonok ağır xəsarət alıb.
• Azərbaycan ərazisində yaşayış məntəqələri raket atəşinə tutulub.
• Ermənistanda Stepanakert sakininə qarşı dövlətə xəyanət ittihamı ilə cinayət işi qaldırılıb. O,Yerevanda saxlanılıb və Qarabağda əsgərləri xəyanətə təhrik etməkdə günahlandırılır. Həbs olunan şəxs Ermənistan hakimiyyətini Azərbaycanla əlbir olmaqda və əraziləri təhvil vermək cəhdində ittiham edib – baş nazir bu haqda yazıb. Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən azad edilib.
• Ermənistanda hərbi vəziyyət şəraiti sərtləşdirilib – dövlət strukturları ilə bağlı tənqidi əməllərin, paylaşımların və çıxışların qadağan edilməsi qaydalara əlavə olunub. Həmçinin ölkənin müdafiə qabiliyyətinə qarşı təbligat aparmaq da qadağandır.
• Ermənistanın baş naziri və Azərbaycan prezidenti ingilisdilli “Euronews”un suallarını cavablandırıb.
• İlham Əliyev atəşkəs üçün öz şərtlərini təkrarlayıb – Ermənistan Qarabağı və yeddi işğal olunmuş rayonu razılaşdırılmış qrafik üzrə tərk etməlidir.
Nikol Paşinyan beynəlxalq ictimaiyyəti Azərbaycan tərəfindən yerli erməni əhalini soyqırımdan xilas etmək üçün Qarabağın müstəqilliyini tanımağa çağırıb.
• Ermənistanın Müdafiə Nazirliyi Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlarda Azərbaycan tərəfindən suriyalı muzdluların iştirakına dair video yayıb.
• Yunanıstan XİN-in Bakıdakı səfirini geri çağırmaq haqda qərarına cavab olaraq Azərbaycan da Yunanıstandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.
• Cenevrədə Qarabağdakı eskalasiya ilə bağlı ATƏT-in Minsk Qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrlərinin (Minsk Qrupu Qarabağ münaqişəsində danışıqlar prosesinin əsas vasitəçisidir) və Azərbaycan nümayəndələrinin iştirakı ilə danışıqlar keçirilib. Hazırda bu görüş haqda məlum olan yeganə informasiya – görüş BMT hüdudlarından kənarda, məxfi yerdə və tam qapalı formatda baş tutub.
• Rusiya prezidenti oktyabrın 9-da Moskvada “regionda toqquşmaların dayandırılmasının vacibliyinin müzakirəsi, əsirlərin və həlak olanların meyitlərinin dəyişdirilməsi” üçün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşəcək.
-
2020-ci il oktyabrın 8-də Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər, reportajlar, foto/video