2020-ci il oktyabrın 31 Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər
-
Döyüşlər davam edir, müxtəlif istiqamətlərdə həm Ermənistan, həm də Azərbaycan tərəfinin uğurları var – Ermənistan Müdafiə Nazirliyi
Ermənistanın Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovannisyan ötən gün ərzində cəbhədəki vəziyyətlə bağlı bildirib ki, rəqib səhər erkəndən hücuma keçib, bütün istiqamətlərdə hərbi əməliyyatlar davam edib. Döyüşlərin intensivliyi ümumilikdə yüksək deyil, müəyyən hissələrdə gərginlik müşahidə olunub.
“Cənub və cənub-şərq istiqamətlərində ayrı-ayrı lokal döyüşlərdə bizim SQ bəzi mövqeləri geri qaytara və müəyyən irəliləyiş əldə edə bilib”, – Hovannisyan deyib.
Amma mərkəzi istiqamətdə Azərbaycan SQ böyük piyada dəstələrindən, o cümlədən də zirehli texnika və artilleriyadan istifadə edib. Bununla da əlaqədar olaraq onlar uğura və mövqe dəyişikliklərinə nail olublar. Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi yenə də nəzarət mexanizmlərinin tətbiqinin vacibliyini vurğulayıb. Onun fikrincə, nəzarət mexanizmləri olmadan atəşkəsə əməl edilməsinə nail olmaq çətin olacaq. Azərbaycan tərəfinin razılaşmaları növbəti dəfə pozması da bundan xəbər verir – indi artıq oktyabrın 30-da Cenevrədə əldə olunan razılaşmadan sonra.
-
Azərbaycan SQ-in açdığı atəş nəticəsində dinc sakin həlak olub – Qarabağ ombudsmeni
Artak Beqlaryan bildirib ki, Martuni rayonunun Qerqer kəndinin 59 yaşlı sakini həlak olub. Martuni, Mardakert və Şişa şəhərləri də raket-artilleriya zərbələrinə məruz qalıb. Zərərçəkənlər və maddi ziyan haqda məlumat dəqiqləşdirilir.
Ombudsmen xatırladıb ki, oktyabrın 31-də Cenevrədə humanitar məsələlər üzrə razılaşmalar əldə ediləndən sonra paytaxt Stepanakertin heç bir hərbi obyekt olmayan yaşayış məntəqələri atəşə tutulub.
-
Azərbaycanın rus icması orduya dəstək aksiyası keçirib
Bakıda Azərbaycanın rus icmasının təşkilatçılığı ilə Azərbaydan ordusuna dəstək üçün avtomobil yürüşü keçirilib.
-
Müharibənin başlanmasından bəri 91 dinc sakin həlak olub - Azərbaycan Baş Prokurorluğu
Azərbaycan Baş Prokurorluğu həlak olmuş və yaralanmış dinc sakinlər haqqında məlumatı yeniləyib.
“Hərbi əməliyyatların başlanmasından bəri 91 dinc sakin həlak olub, 404 nəfər yaralanıb”, – qurumun mətbuat xidmətinin məlumatında deyilir.
-
Azərbaycan Müdafiə Nazirliyi: “Azərbaycan ordusunun silahlanmasında qadağan olunmuş heç bir silah və sursat yoxdur”
“Azərbaycan Ordusu tərəfindən guya fosfor tərkibli sursatların tətbiq olunması ilə bağlı Ermənistanın iddialarının heç bir əsası yoxdur.
Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah və sursat yoxdur. Bu kimi əsassız xəbərlər yaymaqla Ermənistan dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri hərbi cinayətləri gizlətmək məqsədini güdür”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
-
Azərbaycan SQ qadağan olunmuş tərkibində kimyəvi elementlər olan fosforlu sursatlardan istifadə edir – Qarabağ Müdafiə Nazirliyi
Müdafiə ordusunun mətbuat xidməti Azərbaycanın fosforlu silahdan istifadə etdiyini sübut edən video yayıb.
Məlumatda deyilir ki, “bu, beynəlxalq humanitar hüququn, Cenevrə Konvensiyasının, o cümlədən də müvafiq konvensiyalarla və BMT sənədləri ilə nəzərdə tutulan müddəaların pozulmasıdır”.
Qurum izah edir ki, bu silah kütləvi meşə yanğınlarına səbəb olur və real ekoloji fəlakətə gətirib çıxara bilər. Üstəlik, məlumdur ki, hazırda Qarabağın dinc sakinləri Azərbaycan SQ-in atəşindən fosforlu silahların istifadə olunduğu meşələrdə gizlənir. Bununla əlaqədar Ermənistanın ombudsmen ofisi təcili araşdırma aparıb və nəticələri dərc edib:
“Bu sursatlar açıq kütləvi məhvetmə xarakteri daşıyır və Azərbaycan silahlı qüvvələri tərəfindən həm ətraf mühitə, həm də indi artıq dinc əhaliyə qarşı istifadə olunur. Bu vəziyyətdə də beynəlxalq hüququn açıq qadağası altına düşür”.
-
“Qarabağ – milli qürur məsələsidir” – İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın ARD televiziyasına müsahibə verib.
Jurnalistin “Biz orada, bu ərazidə olduqda bizdə bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?” sualını Əliyev belə cavablandırıb:
“Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik”.
-
Əgər döyüşlər Ermənistan ərazisinə keçsə, Rusiya Yerevana kömək edəcək – RF XİN
Rusiya XİN Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistanın təhlükəsizliyinin təmin edilməsi üçün dəstək məsələsi ilə bağlı məsləhətləşmələrə başlanmasını xahiş etdiyi məktubuna cavab verib:
“RF-nin Ermənistan Respublikasına münasibətdə müttəfiqlik öhdəliklərimizə, o cümlədən də 1996-ci il 29 avqust tarixli Rusiya Federasiyası və Ermənistan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqda Sazişə sadiq olduğunu bildiririk. Bu Sazişin bir sıra maddələri bir-birinin ərazisinə silahlı hücum təhlükəsi və ya təcavüz aktı halındakonkret addımların atılmasını nəzərdə tutur. Sazişə müvafiq olaraq, hərbi toqquşmalar bilavasitə Ermənistan ərazisinə keçəcəyi təqdirdə Rusiya Yerevana bütün lazımi yardımı göstərəcək”.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya 24” telekanalının efirində deyib ki, söhbət Rusiya tərəfinin bəyanatda səslənən prinsipial mövqeyindən gedir, bütün detallar və Ermənistana yardımın konkret formatı isə əlavə müzakirə olunacaq.
-
Azərbaycan Müdafiə Nazirliyi Xankəndi və Şuşanın atəşə tutması xəbərini təkzib edib
“Ermənistan KİV-nin səhər saatlarından başlayaraq guya Azərbaycan ordusunun bölmələrinin Xankəndini və Şuşanı raket atəşinə tutması və nəticədə mülki əhaliyə maddi zərər vurulması barədə yaydığı xəbər yalandır və vəziyyətin gərginləşdirilməsinə yönəlib.
Bildiririk ki, bölmələrimiz yalnız düşmənin atəş nöqtələrinə zərbələr endirir”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
-
Ermənistan tərəfi Azərbaycanın Cenevrədə əldə edilən razılaşmaları pozduğu haqda bildirir
Qarabağın müdafiə ordusundan bildirilib ki, bugün səhər təxminən saat 07:08-də qarşı tərəf Stepanakert və Şuşanı atəşə tutub. Stepanakertdə Azərbaycan SQ mərkəzi bazara və yaşayış binasına atəş açıb. Şuşanın atəşə tutulması nəticəsində dinc sakinlər arasında qurbanlar var.
Məlumatda bildirilir ki, dinc yaşayış məntəqələrinin aytəşə tutulması oktyabrın 30-da Cenevrədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə əldə edilən razılaşmanın pozulmasıdır.
Ermənistan və Azərbaycan XİN hərbərlərinin 6 saatlıq görüşündən sonra ATƏT-in Minsk Qrupu həmsədrləri bəyanatla çıxış ediblər. Bəyanatda deyilir ki, tərəflər humanitar atəşkəsə əməl etmək, dinc əhaliyə və mülki obyektlərə qarşı məqsədyönlü hücumlar etməmək öhdəliyi götürüblər.
-
“Ağcabədi rayonunun Qiyaməddinli kəndi atəşə tutulub” - Azərbaycan Müdafiə Nazirliyi
“Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun Qiyaməddinli kəndini atəşə tutub.
Dağıntı və xəsarət alanlar yoxdur”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.
-
Azərbaycan Müdafiə Nazirliyi: “Qubadlını artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açılıb”
“Ermənistan müdafiə nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun Qafan şəhəri yaxınlığındakı David Bek kəndi istiqamətində döyüş əməliyyatları aparması barədə bu ölkənin mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.
Azərbaycan Ordusunun bölmələri göstərilən istiqamətdən Qubadlı ərazisini artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açıb.
Bildiririk ki, bundan sonra da düşmənə qarşı adekvat cavab tədbirləri görüləcək”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
-
Ermənistanın baş nazirindən Putinə məktub
Oktyabrın 31-də Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə Ermənistanın təhlükəsizliyinin təmin edilməsi üçün Rusiya tərəfindən dəstəyin variantlarının və həcminin müəyyən edilməsi üçün dərhal məsləhətləşmərə başlanması xahişi ilə müraciət edib. Bu haqda Ermənistanın Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Strateji müttəfiqə müraciətin səbəbi hərbi əməliyyatların Ermənistan sərhədinə yaxınlaşması, məlumatda deyildiyi kimi “Ermənistan Respublikası ərazisinə artıq törədilmiş müdaxilə faktlarıdır”.
Ermənistanın baş naziri məktubda “Dağlıq Qarabağa qarşı Azərbaycan-Türkiyə hərbi təcavüzünün” nəticəsində yaranmış vəziyyəti də təfərrüatlı təsvir edib.
-
Azərbaycan Müdafiə Nazirliyi: “Üç rayonun ərazisi artilleriya atəşinə tutulub”
“Oktyabrın 31-də saat 06.00-dan etibarən Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisini artilleriya atəşinə tutub”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
-
Döyüş əməliyyatları davam edir - Azərbaycan Müdafiə Nazirliyi
“Oktyabrın 30-u gün ərzində və 31-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.
Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.
-
Oktyabrın 31-u səhər hadisələrin qısa icmalı
Qarabağda döyüşlərin ikinci ayı.
• Oktyabrın 30-da bütün gün ərzində Ermənistan hərbçiləriAzərbaycannın bir neçə rayonunu – Qubadlı, Goranboy, Tərtər, Ağdam və Ağcabədini atəşə tutub – Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib
• Oktyabrın 30-da bütün gün ərzində Azərbaycan hərbçiləri Qarabağda yaşayış məntəqələrini raket atəşinə tutub – Qarabağın Müdafiə Nazirliyindən bilririlib.
• Ermənistanın Müdafiə Nazirliyindən bildirilib ki, oktyabrın 30-da gün ərzində bütün istiqamətlərdə gərgiin döyüşlər gedib.
• Daha 9 yaşayış məntəqəsi Azərbaycan ordusunun nəzarəti altına keçib – prezident İlham Əliyev məlumat verib.
• Oktyabrın 29-da Azərbaycanın təhvil vermək istədiyi, amma səhhəti ilə əlaqədar olaraq daşına bilmədiyi üçün Azərbaycanda qalan 84 yaşlı erməni vəfat edib.
• Sentyabrın 27-də döyüşlər başlayandan Azərbaycan tərəfdən 91 nəfər dinc sakin həlak olub, 400 nəfər yaralanıb – Azərbaycan Baş Prokuroruğundan məlumat verilib.
• Ermənistanın eks-prezidenti Robert Koçaryanın Moskvaya səfəri haqda elan olunub, amma sonra təxirə salınıb, onun koronavirusa yoluxduğu aşkarlanıb. Koçaryan Ermənistanın digər eks-prezidenti Levon Ter-Petrosyanla birlikdə “Qarabağdakı vəziyyəti Rusiyanın siyasi eliası ilə müzakirə etməyi və daha sonra Ermənistanın hazırkı hakimiyyətinə konkret həll yolları təklif etməyi” planlaşdırırdı.
• Amnesty International və Human Rights Watch Ermənistan hərbçilərinin Azərbaycanın Bərdə şəhərində dinc əhaliyə arşı qadağan olunmuş kasset bombalarından istifadə etdiyi faktını təsdiqləyib. Daha əvvəl Human Rights Watch Azərbaycan hərbçilərinin Qarabağda dinc əhaliyə qarşı kasset bombalarından istifadə etdiyini bildirmişdi.
-
2020-ci il oktyabrın 30 Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər, reportajlar, foto/video