Azərbaycan və Ermənistan arasında cəbhə xəttində hərbi toqquşmalar davam edir. Hər iki tərəf bildirir ki, kəskinləşmə fevralın 24-dən 25-nə keçən gecə başlayıb, amma tərəflər bir-birini təxribatda ittiham edir.
“Fevralın 24-dən 25-ə keçən gecə сəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib və bu cəhdin qarşısı alınıb”.
Azərbaycan Müdafiə nazirliyinin rəsmi saytından video:
Ermənistan Müdafiə nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan:
“Fevralən 25-i gecə saat 3-dən 4-dək Azərbaycan və Qarabağ silahlı qüvvələrinin təmas xəttinin iki istaqəmətində – cənubi-qərb (Martuni) və şərq (Akna) istiqamətlərində hücum cəhdi edilib”.
“Azərbaycan silahlı qüvvələri Tavuş rayonunun Bağanis kəndi rayonunda Ermənistan istiqamətində atəş açınlar”.
Azərbaycanda Akna əvəzinə Ağdam, Ermənistnda isə Xocavənd əvəzinə Martuni işlədilir – Redaksiya.
İtkilər
Azərbaycan Müdafiə Nazirliyi
“Azərbaycan ordusunun hissələri düşmənin ərazimizə soxulmaq və strateji mövqelər əldə etmək cəhdinin qarşısını aldılar”
Döyüşlər gedişində Azərbaycan tərəfinin itkilər verdiyi təsdiq edilir amma ölən va yaralananlar barədə hələlik məlumat verilmir.
Ermənistan Müdafiə nazirliyinin mətbuat katibi Artstrun Ovanisyan
“DQR müdafiə ordusu qarşı tərəfin hücumunu dəf etdi, bu zaman onlar tərəfdən itkilər var”
Erməni tərəfdən ölən və yaralanan yoxdur, atışma uzun müddətli olmayıb”.
Məqalədə söylənilən fikirlər və terminologiya müəllifə məxsusdur və redaksiyanın mövqeyini həmişə əks etdirmir