Qarabağ. Təmas xəttində yenə sakitlik pozulub
foto: Gevorq Kazaryan
Ermənistan
Bu gün, iyunun 17-də təmas xəttində yenidən atəşkəs pozulub. Səhər saat 09.40 radələrində Dağlıq Qarabağın müdafiə ordusunun hərbçisi Narek Qasparyan odlu silahdan ölümcül yara alıb. Bu haqda erməni mediası Qarabağ Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Dağlıq Qarabağ Müdafiə Nazirliyinin bəyanatı açıqlanıb, orada həlak olmuş hərbçinin ailəsinə başsağlığı bildirilir. Orada həmçinin deyilir ki, “müvafiq beynəlxalq təşkilatların təşviqedici şərti bəyanatlarına cavab olaraq rəqibin atdığı addımlarhədəfə yönəlik və qeyri-bərabərdir”.
DQ Müdafiə Nazirliyinin sərt bəyanatı iyunun 16-da saat 18.05-də təmas xəttində müdafiə ordusunun üç hərbçisinin ölümcül yaralanması ilə bağlıdır. Ölümcül yaralananlar Araik Matinyan, Vigen Petrosyan və Vardan Sarkisyandır. Ermənistan mediası xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri müdafiə ordusunun hərbi hissələrindən birinin müdafiə sahələrini tanklara qarşı qranatamyotdan atəşə tutulub.
DQ prezidentinin mətbuat katibi David Babayan dünənki hadisələri şərh edərkən bildirib: “Azərbaycanın davranışında təəccüblü heç nə yoxdur. Bu ölkə… növbəti dəfə terrorçu addım atıb”.
David Babayanın fikrincə Azərbaycanın hərəkətlərini Türkiyə dəstəkləyir, onlar birlikdə irimiqyaslı hərbi təlimlər keçirirlər. Bundan başqa o, təmas xəttində vəziyyətin gərginləşməsini ATƏT-in Minsk Qrupunun həmsədrlərinin ünvanına səsləndirdikləri bəyanata Bakının cavabı kimi dəyərləndirir. Babayan əmindir ki, indi də həmsədrlər sərt, ciddi və ünvanlı bəyanatla çıxış etməlidir.
DQ-da erməni siyasi partiyalarının forumunda Milli Məclisin spikeri Arta Babaloyan təmas xəttində dünən baş verən insidentlə bağlı Facebook səhifəsində belə yazıb: “Bakı rejimi tərəfindən həyata keçirilən bu əməli qətl kimi xarakterizə edirəm. Azərbaycan tərəfi növbəti təxribatın cəzasız qalmayacağını bilərəksiyasi şıltaqlığı insan həyatlarından üstün tutdu. İndiyə qədər beynəlxalq aləmdən hər hansı reaksiyanın olmaması aydın deyil”.
Ermənistanın “Lragir” nəşrinin siyasi şərhçisi Aykazn Qaqriyan yazır:
“Türkiyə ilə Naxçıvanda birgə təlim keçirəndən sonra Azərbaycan iyunun 19-da 20 min hərbçinin, çox sayda hərbi texnikanın, o cümlədən aviasiyanın iştirak edəcəyi irimiqyaslı təlimlərə başlayacaq. Adətən hərbi təlimlər ərəfəsində bu cür insidentlər müşahidə olunur.
Qurbanların sayına əsasən demək olar ki, Azərbaycan tərəfi erməni mövqelərinə zərbə endirib. Buna qədər Azərbaycan tərəfi uzun müddət “erməni mövqelərinin məhv edilməsinə” hazırlaşıb və budur, dünən konkret addımlara keçib. Amma Ermənistan KİV-də gedən məlumatlara görə, itkilər snayperlərin açdığı atəşin nəticəsidir.
Bu böyük insident son zamanlar Azərbaycan münaqişənin siyasi və hərbi həlli ilə bağlı xarici maraqlı tərəflərdən “rədd” cavabı alması vəziyyətində baş verir. Amma təmas xəttində öz siyasətini davam etdirir”.
Azərbaycan
Azərbaycanın Müdafiə Nazirliyi öz növbəsində erməni tərəfindən beş hərbçinin həlak olduğunu bildirir.
“Düşmən tərəfi onların rəsmi şəkildə bildirdiyi kimi üç hərbçini deyil, eyni zamanda iki ağır yaralı hərbçini də itirib – Ovanisyan Myasnik və Harutunyan Vardan.
Ermənistan tərəfi həmişə olduğu kimi ictimaiyyətin ədalətli narazılıqdan çəkinərək yenə də öz itkilərini gizlətməyə çalışır”, – APA agentliyi Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Erməni hərbçiləri həlak olmazdan iki gün əvvəl cəbhə xəttində Azərbaycan Ordusunun əsgəri Sultan Şahvələdov qətlə yetirilib. Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, Şahvələdov “Ermənistan Silahlı Qüvvələrinin təxribatının qarşısını alarkən” həlak olub. Hərbçi iyunun 16-da doğma Qusar rayonunda dəfn edilib.
“Atlas” Analitik Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cəbhə xəttində növbəti gərginləşməni belə şərh edib:
“Ermənistan tərəfi Dağlıq Qarabağda üç hərbçisinin öldürüldüyünü açıqladı. Adətən Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayır və düşmənin itki verdiyini bəyan edər və hər dəfəsində də Yerevan itkilərini gizlətməyə çalışır. Bu dəfə isə əksinə oldu. Ermənistan özü qabağa düşərək etiraf etdi ki, Azərbaycan ordusunun qumbaratanlardan açdığı atəş nəticəsində itki veriblər. Görünür, bununla beynəlxalq aləmə mesaj göndərməyə çalışırlar ki, Azərbaycan ordusu cəbhə bölgəsində vəziyyəti gərginləşdirməkdə davam edir. Orduya milyardlarla dollar ona görə xərcləməmişik ki, atəşkəsə riayət edək”.