Dinc sakinlər arasında qurbanlar – Qarabağ, döyüşlər, 2020-ci il 4 noyabrın icmalı
Ermənistan tərəfi Azərbaycanı dinc sakinlərə qarşı amansız davranışda günahlandırıb, Bakı ittihamları qəti şəkildə rədd edir.
Sentyabrın 27-dən Azərbaycan və Ermənistan orduları Qarabağ münaqişəsi zonasında zirehli texnika, artilleriya və dronlardan istifadə edərək döyüşləri davam etdirir. Hər iki tərəf bir-birini yaşayış məntəqələrinin atəşə tutulmasında ittiham edir.
Hər iki tərəfdən hərbçilər və dinc ssakinlər arasında minlərlə insan həlak olub. Bu müddət ərzində üç dəfə – 10, 18 və 26 oktyabrıda atəşkəs imzalanıb, amma dərhal pozulub. Tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edib.
• Şəhərlər və kəndlər atəş altında – Qarabağ, döyüşlər, 2020-ci il 4 noyabr səhər icmalı
• Azərbaycanda burgerlər, pizza və şampunlar boykot edilir: hər şey nədən başlayıb?
• Müharibəni dayandırmaq tələbi ilə aksiya və opera səhnəsində kamuflyaj toru: Yerevandan video
Son hadisələrin icmalı, 2020-ci il 4 noyabr axşam
Yerevandan informasiya
• Noyabrın 4-də axşam Stepanakertin yaşayış məntəqələri 120 mm kalibrlik minaatandan atəşə tutulub, dinc sakin həlak olub, çox sayda dağıntılar var.
• Azərbaycanın diversiya qrupunun daxil olmasının qarşısını almaq məqsədilə Şuşa-Laçın yolunun bəzi hissələri mülki əhali üçün müvəqqəti olaraq bağlanıb.
• “Azərbaycanda əsirlikdə ölən 84 yaşlı Hadrut sakini Mişa Melkumyanın səhhəti ilə bağlı ciddi problemləri olmayıb, bu da o deməkdir ki, o, orada işgəncə və alçaldıcı münasibətə məruz qalıb”, – Qarabağ ombudsmeni.
Oktyabrın 31-ə olan məlumata əsasən, həmin gün Melkumyanı Ermənistan tərəfə təhvil verilməliydi, amma səhhəti ilə bağlı daşınması mümkün olmayıb. Səhəri gün onun öldüyü məlumatı verilib.
• Ombudsmen hesab edir ki, Azərbaycan hakimiyyəti hərbi cinayətləri, ermənilərin qətlini və həlak olanların cəsədləri ilə amansız davranışı dəstəkləyir. O, Toq kənd sakinini ilə bağlı hadisəni danışıb. Bu insanın danışdığına görə, Azərbaycan hərbçiləri onun qonşularının birinin başını kəsin, digərini də öldürüblər.
Azərbaycanın ermənilərə qarşı etnik təmizləməyə dair sübutlar BMT və Avropa İnsan Haqları Məhkəməsinə göndərilir – o bildirib.
• Ermənistan ombudsmeni onu da qeyd edib ki, “Azərbaycan hərbçiləri Şuşa şəhərində məbəd və məscidi, Stepanakertdə xəstəxana və doğum evini, yaşayış binalarını atəşə tutublar, kasset bombaları və kimyəvi silah tətbiq edirlər”.
Bakıdan informasiya
• Səhərdən Azərbaycanın Ağdam rayonunun kəndləri, o cümlədən də Tərtər şəhəri və bu rayonun Şıxarx qəsəbəsi artilleriya atəşinə tutulub.
• Hərbi əməliyyatlar başlayandan Azərbaycanda 91 dinc sakin həlak olub, daha 405 nəfər yaralanıb. Azərbaycan ərazisində 2 734 ev dağılıb.
• Azərbaycan Ermənistan tərəfinin Azərbaycan hərbçilərinin Xocavənd rayonunun Tuq kəndində hərbi cinayətlər törətdiklərinə dair iddialarını rədd edib.
• Azərbaycan prezidenti bildirib ki, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının (1990-cı illərin əvvəllərində yaşanan Qarabağ müharibəsindən sonra Ermənistan silahlı qüvvələrinin nəzarəti altında olan Qarabağ ətrafı ərazilər) daha yeddi kəndi Azərbaycan ordusunun nəzarəti altına keçib.
Danışıqlar və bəyanatlar
• “Qarabağda vəziyyəti silaha əl atmadan sülh yolu ilə nizamlamaq mümkün idi. Ümid edirəm ki, biz bu regionda yaşayan bütün insanları təmin edən əsasda nəticəyə nail ola bilərik”, – Rusiya prezidenti Vladimir Putin deyib.
• Ermənistanın XİN rəhbəri Zohrab Mnatsakanyan Avropa Şurası Nazirlər Şurasının iclasında “qəti addımlar atmağa və Qarabağ vətəndaşlarının hüquqlarının müdafiəsinə” çağırıb.