Qarabağ. Dünən təmas xəttində baş verən gərginliyin təfərrüatı
JAMnews iyulun 4-də təmas xəttində baş vermiş növbəti gərginlik haqda xəbər verib.
https://jam-news.net/?p=47728&lang=az-AZ
Bu gün baş vermiş hadisəylə bağlı həmişə olduğu kimi üç tərəfdən rəsmi açıqlamarı və şərhləri təqdim edirik.
Azərbaycandan gələn məlumat
İyulun 5-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində 50 yaşlı Sahibə Quliyeva və nəvəsi iki yaşı Zəhra Quliyevanın dəfn mərasimi keçirilir.
Foto Quliyevlərin ailə albomundan
Azərbaycanın XİN-i iki dinc sakinin həlak olması ilə bağlı kəskin reaksiya bildirib: “Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində yaşlı qadının və iki yaşlı nəvəsinin həlak olması, digər mülki şəxsin yaralanması, həmçinin mülki obyektlərə ziyan dəyməsi vandalizm aktıdır və Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha təsdiqləyir”, – Xarici şlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AzərTac dövlət informasiya agentliyinə bildirib.
“ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərindən sonra həmsədrlər və beynəlxalq təşkilatlar substantiv və ciddi danışıqlar yolu ilə status-kvonun dəyişdirilməsinə çağırışlar etdiyi halda Ermənistan tərəfi mülki şəxslərin və uşaqların qəsdən öldürülməsinə yönəlmiş alçaq və şərəfsiz təxribatlara əl atır”.
Əksər Azərbaycan KİV-i azyaşlı qızın meyitinin fotosunu dərc edib. Sosial şəbəkələrdə qisasa və müharibənin dərhal başlanmasına çağırışlar səslənir. ATƏT-in Minsk Qrupu da kəskin tənqid edilir.
Narazılıq ifadə edənlər arasında siyasi xadimlər də var. Məsələn, Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov haqqın.az saytına müsahibəsində deyib: “Beynəlxalq məsələlərin diplomatik yolla həlli şübhəsiz yaxşıdır, amma bu gün Ermənistan tərəfi bizə çıxış yolu qoymur. Dünya susduqca, Sarqsyan xuntasının cinayətləri daha xəbis, daha dəhşətli olur”.
Ermənistandan gələn informasiya
Dağlıq Qarabağın Müdafiə Nazirliyi kütləvi informasiya vasitələrinə erməni tərəfinin nə zaman cavab atəşi açdığını göstərən video təqdim edib.
İyulun 4-də xəbər verilmişdi ki, Azərbaycan tərəfi 20:20-də TR-107 yaylım atəşli reaktiv sistemlərdən atəş açıb, Qarabağın Müdafiə Nazirliyinin rəsmi məlumatında deyildiyinə görə, erməni tərəfi 20:31-də, “düşmənin bir neçə atəşindən sonra” cavab atəşi açıb.
Bundan başqa, Qarabağın müdafiə qurumu Azərbaycan komandirlərinin danışıqlarını əks etdirən səs yazısı yayıb, audio-yazıya əsasən Müdafiə Ordusu Azərbaycan tərəfinin atəş açdığı nöqtələr istiqamətində cavab tədbirləri görüb.
Artsax Müdafiə Nazirliyindən bildirilir ki, Azərbaycan tərəfi ənənəsi üzrə atəş nöqtələrini yaşayış məntəqələrində yerləşdirib, “bununla da dinc əhalini canlı hədəfə çevirib. Artsax Müdafiə Ordusu cavab tədbirlərinə əl atıb, bunun nəticəsində d Azərbaycan tərəfinə itkilər üz verib”.
Qarabağ prezidentinin mətbuat katibi David Babayan Tert.am nəşrinə müsabibəsi zamanı bildirib” “Azərbaycan tərəfinin davranışında yeni bir şey yoxdur, sağlam məntiq çərçivəsində qiymətləndirmək mümkün olmayan həmin terrorçu, insanlıqdan uzaq hərəkətlər. Üstəlik Azərbaycan elə silah növlərindən istifadə edir ki, onların istifadə olunması regiondakı hərbi-siyasi balansı qətiyyən dəyişmir.
Sadəcə növbəti dəfə Azərbaycanın terrorçu, necə deyərlər, fanatik ölkə olduğunu göstərir. Azərbaycan daha böyük cavab həmləsi aldı. Onlar mahiyyətcə itkiyə məruz qalıblar, üstəlik yetərincə böyük itkiyə”.
Eyni müsahibədə o bildirib ki, Ermənistan tərəfinin əsas hərbi konsepsiyası fəal müdafiədən ibarətdir: “Yəni biz heç vaxt təcavüzkar rolunda çıxış etməyəcəyik, amma istənilən təcavüz cəhdi cəzalandırılacaq”.
Ermənistan mediası xəbər verir ki, iyulun 5-nə keçən gecə təmas xəttində vəziyyət nisbətən sakit olub, snayperlərin atəşlərini hesaba almasaq, hansı ki, buralarda adi hala çevrilib.
Vasitəçilərin reaksiyası
ATƏT-in Mins Qrupu həmsədrləri iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində vəziyyətin gərginləşməsi, “bunun da nəticəsində qurbanların, o cümlədən də mülki əhali arasında itkilərin olması” ilə bağlı bəyanat yayıb.
Növbəti dəfə hərbi əməliyyatları dayandırmaq çağırışı səslənib: “Zorakılıq yalnız zorakılıq doğurur və heç bir nəticə hasil olmur. Uzunmüddətli münaqişənin yeganə məsuliyyətli və humanist nizamlama yolu tərəflərin könüllü olaraq danışıqlar masasına qayıtmasından ibarətdir”.
Həmsdrlər həmçinin həlak olanlarlın ailələrinə başsağlığı da diləyiblər.