2017-ci il fevralın 20-də Dağlıq Qarabağ Respublikasında qeydiyyata alınmış seçicilərin 76,44 faizi Konstitusiya layihəsi üzrə ümumxalq referendumunda iştirak edib. Onlardan 87,6 faizi yeni Ali qanunun lehinə səs verib.
Yeni Konstitusiyaya görə vətəndaşlar daha çox haqq sahibi olub, o cümlədən də dövlət işlərinin idarə olunmasında və Konstitusiyanın dəyişdirilməsində səlahiyyət əldə ediblər.
Səsvermə prosesini 30 ölkədən olan 100-dən çox beynəlxalq müşahidəçi izləyib, onlar referendumun təşkili və keçirilməsini müsbət qiymətləndirib, hər şeyin şəffaf və beynəlxalq standartlara uyğun olduğunu vurğulayıblar.
DQ XİN xəbər verir ki, Konstitusiya üzrə referendum Qarabağ xalqının növbəti iradə nümayişi olub.