“Qeroi Arsenala” yük gəmisi Qara dənizdə Ukrayna ərazisində batıb. Gəminin bortunda 12 nəfər ekipaj üzvü, o cümlədən bir nəfər Gürcüstan, doqquz nəfər Ukrayna və iki nəfər Rusiya vətəndaşı olub.
Ekipaj üzvlərindən beş nəfəri xilas etmək mümkün olub, yeddi nəfər itkin düşmüş hesab edilir. İtkin düşənlərdən biri Gürcüstan vətəndaşıdır.
“İnterfaks” agentliyi xəbər verir ki, yük gəmisi güclü fırtınaya düşüb və qısa müddətdə ikiyə parçalanıb, daha sonra batıb. Qəza yerinə altı gəmi yönəldilib. 20 m/s sürətlə əsən güclü külək vəziyyəti mürəkkəbləşdirir.
Ukraynanın Xerson limanına təhkim edilmiş “Qeroi Arsenala” yük gəmisi Panama bayrağı altında üzürdü və buğda ilə yüklənmiş bu gəmi Azovdan Türkiyəyə yola düşmüşdü.