Abxaziyanı qar basıb. Güclü qar 29 yanvara keçən gecə başlayıb, demək olar iki sutka ara vermədən yağıb. Vəziyyət demək olar ki, ekstremaldır – yolları qar basıb, hərəkət çətinləşib və ya tam iflic vəziyyətinə düşüb, məktəblərdə dərslər olmayıb.
Ən təəccüblüsü budur ki, Abxaziyanın dənizkənarı zolağında qar hər il yağmır, yağırsa belə bir gündən artıq qalmır. Adətən isə yerə dəyər dəyməz əriyir.
Amma yenə də bu vəziyyət nadir olsa da istisna deyil. Suxumda bu ilki qış 1911-ci ilin rekord soyuqları ilə müqayisədə heç nədir. O vaxt şəhərdə qarın hündürlüyü metr yarıma yaxın idi və qar ərimədən demək olar ki, 40 gün qaldı.
O vaxt güclü qar yaşayış məntəqələri arasında yerüstü əlaqəni kəsib və bir neçə nəfər həlak olub. Və meşələrdə heyvanlar və quşlar yem tapa bilmədiyindən kütləvi şəkildə qırılıb.
Təbii ki, o vaxt qarın əridiyi zaman da Suxuma ciddi ziyan dəydi – Suxumda daşqın baş verdi.
İndi hər şey daha əyləncəlidir. Ən azından uşaqlar xoşbəxtdir. Axı onların mənfi temperaturda maşını işə salmaq, evi elektrik enerjisinin tez-tez və uzun müddətə kəsildiyi vaxt qızdırmaq kimi qayğıları yoxdur.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.