Suxumda küçələrdə insanları saxlayıb sorğu keçirərkən təxmini mənzərəni aydınlaşdırdıq
– Deyə bilərsiz, özünüzü stabil hiss etmək üçün nə qədər maaş almaq istərdiz?
– ‘Ayda 35 [$400 yaxın] mindən az olmasınэ’.
– ‘Ən azı 60-80 [$800-$1,000 yaxın] min, əgər Abxaziyada yaşayırıqsa, hesab edirəm ki, bu normaldır’.
– ‘Ailəmlə stabil və komfort yaşamaq üçün 100 [$1,300 yaxın] min məni tam qane edərdi’.
– ’30-40 [$400-$500 yaxın] min mən düşünürəm ki, mənə bir subay qız kimi həm yığmaq, həm də öz hesabıma, valideynlərimdən istəmədən evdən çıxmaq, səyahət etmək üçün kifayət edər’.
– Bu cür maliyyə stabilliyiniz olsaydı, ilk növbədə hansı problemlərinizi həll edərdiz?
– ‘Problemlər…. evin təmiri, uşaqların təhsili, həm də əlbəttə ki, ərzaq, yemək, paltar, bu qədər məncə, bundan artığa yəqin ki yetməzdi’.
– ‘Bu günkü dünyada yəqin ki, 50 [$700 yaxın] min, bu məbləğ özümü stabil adam kimi hiss etməyə, evdən çıxıb, istirahət etmək, dostlarına qonaqlıq vermək, fərqli şeylər görə bilmək, evin içində oturub qalmamamaq, səyahət etmək üçün bu məbləğ məncə kifayət edərdi’.
– ‘İlk növbədə əlbəttə ki, evdə rahat şərait qurmaq ki, evdə hər şey gözəl olsun, həm mebel, həm təmir… normal insan kimi yaşamaq üçün. Mən belə hesab edirəm… heç kimin ehtiyacı olmasın, nə uşaqların, nə nəvələrin… bunun üçün ən azı bu məbləğ olmalıdır, mən belə hesab edirəm. Amma bizdə 13, ya da 12,10, 8 [$100-$150 yaxın] min olur. bu… nə bilim, sadəcə sürünmək üçündür’.
– ‘Normal yaşamağa, heç nədə korluq çəkməməyə, təbii ki, uşaqların təhsilinə, həm də yəqin mən səyahət də edərdim’.
– ‘Prinsipcə indiki qazancım hansısa xırda, vacib şeylərə, məişət problemlərini mən bu maaşın hesabına həll edə bilirəm, amma xaricə getməyə, əlavə bir illik təhsil, əlavə kurslar məsələsinə gəlincə, mən daha çox pul alsaydım, daha çox inkişaf edərdim’.
Material müəllifinin təklif etdiyi terminlər, toponimlər, fikirlər və ideyalar onun şəxsinə aiddir və JAMnews- un və ya onun ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır