Primorski karması – 2017-ci Abxaziyada nə ilə yadda qaldı?
P
rimorskoye kəndi Abxaziyada 2017-ci ilin mərkəzi oldu, düzdür tam neqativ mənada.
Hələ bi yaxınlara qədər Qudaut rayonundakı bu yaşayış məntəqəsi Arsaul adlanırdı. Amma 2017-ci ilin əvvəllərində yerli sakinlərin tələbilə, kəndin sovet vaxtındakı adını qaytardılar – Primorskoye. Adı dəyişməyin əsas arqumentlərindən biri aşağıdakı kimiydi: köhnə ad bu kənddə sovet istirahətinin xiffətini çəkən turistləri cəlb edəcək.
Rebrendinq məhz turizm nöqteyi-nəzərindən səs-küylü oldu. 11 iyul 2017-ci il tarixində Primorskoyenin çimərliyində həyasızcasına qətl törədildi.
Qonşu kəndin sakinləri olan iki Cincoliya qardaşları silahlanaraq çimərliyə gəldilər, kənddə istirahət edən iki ailənin qadınlarını və uşaqlarını girov götürdülər. Kişilərdən birini cinayətkarlar öldürdülər, ikincini isə bankomatdan pul çıxarmağa göndərdilər.
Saxlanılandan sonra məlum oldu ki, bu, onların ilk dəfə gördüyü iş deyil.
Cinayət yerli sakinləri o dərəcədə sarsıtdı ki, onlar günahkarları milislə bir yerdə axtarırdı. Hökumət cinayətkarlar haqqında məlumata görə 1 milyon rubl [təxminən 17 min dollar] həcmində misli görünməmiş mükafat təyin etdi.
Amma mükafat verməyə ehtiyac olmadı. Qardaşlardan birini milis tapdı, digərini isə qohumları təslim olmağa məcbur etdi.
Üç həftə sonra, avqustun 2-də Primorskoyedə hərbi sursat anbarında partlayışlar seriyası baş verdi. İki rusiyalı turist həlak oldu, 60 nəfər yaralandı, onlarla ev yaşayış üçün yarasız vəziyyətə düşdü. Orada indiyə qədər də snayperlər işləyir.
Amma hər şey necə də nikbin başlayırdı.
Təsərrüfat üzrə seçkilər
A
bxaziyada növbəti parlament seçkiləri keçirildi – bütün siyasi qüvvələrin majoritar-proporsional seçki sisteminə keçidin vacibliyindən danışmasına baxmayaraq, yenə də majoritar sistem üzrə keçirildi.
Nəticədə proqramların mübarizəsi olmadı. Qalib gəlmək istəyən namizədlər hərəsi öz sahəsində xarab olmuş su xəttini, yolları təmir elətdirirdilər, binaların alaqapılarında lampa taxır, bordyurları boyayır, iməciliklər təşkil edirdilər.
Nəticədə də Abxaziya parlamenti təsərrüfat bacarıqları olan 35 “yaxşı oğlan” qazandı.
İlin siyasi kulbiti
2
019-cu ildə Abxaziyada prezident seçkiləri keçirilməlidir və belə məlum oldu ki, bəzi aparıcı oyunçular seçkilərə yeni formatda gəlmək istəyirlər. Yəni indiyə qədər iki barışmaz siyasətçi olan keçmiş prezident Ankvab və fəaliyyətdə olan prezident Raul Xadjimba birləşir və növbəti prezident seçkilərinə vahid komanda şəklində yaxınlaşırlar.
Cəmiyyət üçün bu, real motivasiyaya çevrilə bilər, çünki bu cür gözlənilməz ittifaq seçkilərdən seçkilərə cəmiyyətdə baş verən parçalanmanın qarşısını almağa və ictimai razılığa gəlməyə kömək edə bilər.
[quote]Abxaziya: siyasi düşmənlər müttəfiqlərə çevrilir [/my_quote]
Teatrın dirçəlməsi
M
ədəniyyət sahəsində 2017-ci il hələ uzun müddət yaddaşlarda qalacaq. Dövlət Rus Teatrının yeni direktoru İrakli Xintbanın sayəsində.
Xintba xarici işlər nazirinin müavini, sonra da prezident Xadjimbanın əsas siyasi müşaviri olub. Bu, tamamilə onun profili olmayan vəzifəyə keçəndə, bu, əvvəlcə Suxum qəhvəxanalarının daimi müştərilərinin istehzalı zarafatlarına səbəb oldu.
Amma tezliklə aydın oldu ki, İrakli Xintba təkcə yaxşı diplomat və politoloq deyil, həm də çox effektiv teatr meneceridir. O, məhv olmaqda olan teatrı reanimasiya etməklə yanaşı, həm də onu Abxaziya mədəni həyatının episentrinə çevirdi.
2017-ci ildə İrakli Xintbanın teatrı 11 milyon rubl [təxminən 190 dollar] qazandı.
Bəzən fəhlələr çatmayandan o, şəxsən şəhərdə afişalar yapışdırır və kassada bilet satırdı. Artıq hər tamaşadan əvvəl teatrın girişində tamaşaçıları şəxsən direktorun qarşılaması adətə çevrilib.