Bu gün səhər saatlarında Azərbaycan xalq artisti 73 yaşlı İlhamə Quliyeva dünyasını dəyişdi. Polis hələ ki rəsmi məlumat verməsə də, müğənninin qohumları onun ürək çatışmamazlığından vəfat etdini bildirdilər.
Bu xəbərə inanmaq çətindir. Özünü Azərbaycan estradasının primadonnası elan edən, ardı-arası kəsilməyən qalmaqallar və zövqsüz makiyajı ilə məşhur olan, ölkənin şou-biznesinə layiqincə başçılıq edən İlhamə Quliyeva bizi tərk etdi. Onda olan həyat enerjisi və özünəməxsus bayağı xarizması onun hamımızdan daha çox yaşayacağı təəssüratı yaradırdı.
Bu gün biz yalnız bu karikatura personajını deyil, həm də gözəl saçlı və gursəsli arıq gözəl qızı, 60-cı illərin ən istedadlı bəstəkarlarının öz mahnılarını həvalə etdiyi İlhaməni xatırlayacağıq.