
Azərbaycan-Çin sazişi: Müxalifət siyasi motivlər və gələcək təsirlərdən narahatdır
Azərbaycan və Çin arasında “hərtərəfli strateji tərəfdaşlıq” sazişi imzalanması iki ölkə münasibətlərində yeni bir mərhələnin başlanğıcı oldu. Siyasi şərhçi Elman Fəttah və tarixçi Cəmil Həsənli imzalanan sazişin Azərbaycan dövlətinin gələcəyi ilə bağlı narahatlıq doğurduğu qənaətindədirlər.