Polis polkovniki Yerevan banklarından birinə silahlı hücum edib
Bu gün Yerevandakı bankların birinə edilən silahlı hücum nəticəsində bank əməkdaşlarından biri həlak olub.
Qarətçi bıçaq, qranat və tapança ilə silahlanıb. Banka soxularaq o, müəyyən məbləğdə pul oğurlayaraq, qaçıb. Amma onu cinayət yerinin yaxınlığında yaxalamaq mümkün olub.
Polisin verdiyi məlumata görə, hadisə zamanı daha iki nəfər yaralanıb. Onlardan biri polis, digəri isə bank əməkdaşıdır. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, qarətçi müqavimət göstərib, amma zərərsizləşdirilərək polisə gətirilib.
Daha sonra məlum olub ki, cinayətkar Yol Polisinin müşahidə kameraları vasitəsilə qeydə alınan cinayətlərin qeydiyyatı idarəsinin rəisi, polis polkovniki Daniel Danielyandır.
İstintaq gedir.
Polkovnikin oğurladığı pulun məbləği hələlik məlum deyil.