Polis Gürcüstan parlamenti qarşısında aksiyanı dağıtdı
Paylaşmaq
Paylaşmaq
Xüsusi təyinatlı polis Gürcüstan parlamenti qarşısında etiraz aksiyasını dağıdıb. Polis gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edərək, palrament qarşısındakı ərazini nümayişçilərdən təmizləyb.
Qarşıdurma bir neçə saat davam edib. Parlamentə uğursuz hücum cəhdindən sonra xüsusi təyinatlılar gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etməyə başlayıb.
Qaz və rezin güllələrdən zərər çəkən adamları təcili yardım maşınları aparıb.
Foto: JAMnews
Aksiya iştirakçıları qazdan qonşu küçələrə qaçır, sonra da təkrar parlament qarşısındakı meydana qayıdırdılar, buradan da onları xüsusi təyinatlılar qovurdu.
Tbilisinin mərkəzində bir neçə minlik aksiya parlamentin iclas zalında Parlamentlərarası Pravoslav Assambleyasının iclası keçiriləndən və iclası Gürcüstan parlament sədri yerindən Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilov açandan sonra başlayıb. Etirazçılar parlament sədri, DİN və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərlərinin istefasını tələb edirlər.