Polis bu dəfə də “Toplan”a etiraz edən gənclərin aksiyasını zorakılıqla dağıtdı – VİDEO
Bu gün Bakıda heyvan hüquqlarını müdafiə edən gənclər “Toplan” sahibsiz itlərə qayğı mərkəzinin qarşısında etiraz aksiyası keçiriblər. Polis əməkdaşları aksiyaya müdaxilə edərək, tədbir iştirakçılarını zor tətbiqi ilə ərazidən uzaqlaşdırıb və polis bölməsinə aparıb.
- Azərbaycanlı heyvan hüquqları müdafiəçisi: “İndi orada cəmi 5-10 it qalıb” – VİDEO
- Bakıda aktyorun küçə performansı zorakılıqla dayandırılıb – VİDEO
- Azərbaycanda kinorejissor açıq-saçıq geyinən qadınları zorlamağa çağırış edib
Bir həftə əvvəl olduğu kimi, iyulun 15-də bir qrup azərbaycanlı sahibsiz heyvanların hüquqlarını müdafiə edən gənc Bakıdakı “Toplan” sahibsiz itlərə qayğı mərkəzinin qarşısında etiraz aksiyası keçirib.
Aksiya iştirakçıları mərkəzin fəaliyyətinin ictimaiyyətə açıq olmasını və orada saxlanılan sahibiz itlərin nümayiş etdirilməsini istəyiblər.
Gənclərin bütün tələblərinə baxmayaraq, “Toplan”ın heç bir səlahiyyətli nümayəndəsi onlarla görüşməyib və səsləndirilən iddialara cavab verməyib.
Qeyd edək ki, ötən aksiyadan sonra keçmiş bir həftə ərzində mərkəzin əməkdaşları heç bir izahatla çıxış etməyiblər və səssizliklərini qoruyurlar.
Polis əməkdaşları və mülki geyimdə olan bir neçə nəfər aksiya iştirakçılarına zor tətbiq edərək, onları polis avtomobilləri ilə ərazidən uzaqlaşdırıblar. Hazırda saxanılanların Sabunçu qəsəbəsindəki 12 saylı polis bölməsində olduqları bildirilir.