Ermənistan baş nazirinin Qələbə paradında iştirakdan imtina etməsi Moskvanı incitməyib
Ermənistanın baş naziri Böyük Vətən müharibəsində qələbənin 75-ci ildönümü münasibətilə Moskvada keçiriləcək Qələbə paradına getməyəcək. Nikol Paşinyan bu barədə Rusiya prezidentinə ünvanladığı məktubda bildirib və bunu koronavirus epidemiyası ilə bağlı vəziyyətin kəskinləşməsi ilə izah edib.
Ermənistanın baş naziri daha öncə dəvəti qəbul etsə də, Moskvaya getməkdən imtina etmiş yeganə lider deyil. Rusiya paytaxtına Türkmənistanın, Azərbaycanın, Xorvatiyanın prezidentləri və Yaponiyanın baş naziri də getməyəcək.
Bununla əlaqədar olaraq Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov iyunun 23-də bildirib ki, Rusiya “bu və ya digər səbəblər üzündən” bəzi ölkələrin liderlərinin gələ bilməməsinə anlayışla yanaşır. Əksər hallarda dəvət olunanların imtinasının səbəbi kimi koronavirus pandemiyası dövründə məhdudiyyətlər rejimi göstərilir.
Bununla yanaşı, Ermənistanın özündə Nikol Paşinyanın Kremlin dəvətindən imtinası birmənalı qəbul olunmayıb.
- İyulun 1-də Putin öz hakimiyyətinin yeni hesabını başlaymaq istəyir. O, bunu necə edəcək və bunun alınması şansları nə qədərdir
- Кkoronavirusun iqtisadi fəsadlarının aradan qaldırılması üçün Ermənistanda kimə və hansı kömək təqdim olunur
Paşinyanın məktubu
Öz məktubunda Ermənistan baş naziri qeyd edib ki, Böyük Vətən müharibəsində qələbə “bizim ümumi mirasımızdır”:
“Bildiyiniz kimi, Sizin dəvətinizi böyük məmnuniyyətlə qəbul etdim və təntənəli mərasimlərdə iştirak etmək üçün Moskvaya səfərə hazırlaşırdım. Lakin sonradan məlum oldu ki, mövcud epidemioloji vəziyyət mənə bu səfəri həyata keçirməyə imkan vermir. Bundan çıxış edərək. mən Moskvaya səfərdən çəkinmək qərarına gəldim və bu, bizim aparatlarımız arasında təfərrüatına qədər müzakirə edilərək razılaşdırılıb. Tezliklə ölkələrimiz arasında müttəfiq münasibətlərinin gündəlikdə duran məsələlərini müzakirə etməyə imkan yaradacaq görüşümüzə ümid edirəm”.
Lakin Ermənistan Moskvada paradda təmsil olunacaq. Bu barədə özünün “Facebook” səhifəsində baş nazirin mətbuat katibi Mane Gevorgyan xəbər verib:
“Paradda Ermənistanı müdafiə naziri David Tonoyanın rəhbərlik edəcəyi 75 nəfərlik dəstə təmsil edəcək”.
Ermənistanda Paşinyanın imtinası barədə nə düşünürlər
Məsələni parlamentin vitse-spikeri Alen Simonyan şərh edib. O bildirib ki, dünyanın bütün ölkələrinin rəhbərləri hazırda koronavirusun yayılması problemi ilə üzləşirlər və yalnız Ermınistan baş naziri deyil, digər ölkələrin rəhbərləri də səfərlərini ləğv etməyə məcbur olublar.
Ermənistan mediasında məqalələr də dərc edilmişdi ki, Paşinyanın səfərdən imtinasına səbəb ona Moskvada koronavirus testindən keçməsi təklifi olub. Görünür, bu, onunla bağlıdır ki, iyunun 1-də Nikol Paşinyan koronavirusa yoluxduğunu elan etmişdi. Lakin vitse-spiker bu informasiyanı təsdiq etməyib. Onun fikrincə, “bu, səbəb ola bilməz”.
Bəızi yerli ekspertlər hesab edirlər ki, imtinanın səbəbi heç də koronavirusla əlaqədar vəziyyətlə bağlı deyil və dövlətlərarası və daxili siyasi problemlərlə əlaqəlidir.
Söhbət ilk növbədə müxalif “Çiçəklənən Ermənistan” partiyasının lideri və Ermənistanın ən varlı sahibkarlarından biri olan Qagik Tsarukyanın barəsində cinayət işindən gedir. Rusiyada onun partiyası ölkə parlamentində təmsil olunmuş yeganə Rusiya yönümlü qüvvə hesab edirlər. Onun liderinin deputat toxunulmazlığından məhrum olunması və cinayət işlərinin açılması isə faktiki olaraq “öz adamları”na qarşı hücum kimi qiymətləndirilib.
Bundan savayı, Paşinyanın Moskvaya uçmaqdan imtina etməsini Ermənistanın eks-prezidenti Robert Koçaryan ətrafında baş verən hadisələrlə əlaqələndirirlər.
İş burasındadır ki, Ermənistanda əsas təqsirləndirilənin keçmiş prezident Robert Koçaryan olduğu məhkəmə prosesi davam edir. Rusiya prezidenti isə onunla dostluq münasibətlərini gizlətmir. Ermənistanda yazırdılar ki, Vladimir Putin Ermənistan hakimiyyətindən konstitusiya quruluşunu devirməkdə ittiham olunan Koçaryanın həbsdən azad edilməsini xahiş edib. Ötən həftə isə Apellyasiya məhkəməsi eks-prezidentin girov müqabilində azd olunması haqqında qərar çıxarıb.
Siyasi icmalçı Akop Badalyan bununla bağlı aşağıdakı nəticəyə gəlib:
“Parada qədər Yerevan Robert Komaryanın qətimkan tədbirini dəyişməklə Putinə hədiyyə etdi. Bu, Rusiya-Ermənistan arasında mürəkkəb münasibətlərin düyün nöqtələrindən biridir ki, Moskva bundan Yerevana qarşı psixoloji təzyiq üçün istifadə edirdi. Bu məqsədlə Rusiyada sığınacaq tapmış başqa erməni siyasətçilərindən fərqli olaraq, Koçaryan erməni ədalət məhkəməsinə təhvil verilmişdi. İndi bu aləti Ermənistan Moskvaya qarşı çevirir və məhkəmənin qərarından sonra Paşinyan Moskvaya getməkdən imtina edir, bir növ Putinə eyham vurur ki, məsələləri müzakirə etmək üçün görüşü gözləyir”.