Oturaq etiraz aksiyası: erməni əsirlərin doğmaları onların Bakıdan qaytarılmasını tələb edilər
İkinci Qarabağ müharibəsindən sonra hələ də Azərbaycanda qalan əsirlərin qohumları Ermənistanda 23 iyun axşandan hökumət binası qarşısında oturaq etiraz aksiyası keçirirlər. Onlar informasiya və yaxınlarının vətənə qaytarılması üzrə konkret addımların atılmasını tələb edirlər.
Etriaz aksiyası keçirmək qərarı baş nazir əvəzi Nikol Paşinyanla görüşdən sonra qəbul edilib. Əsirlərin qohumlarının sözlərinə görə, görüşün nəticələri onları təmin etməyib.
Əsirlərin qohumları nə deyir?
“Nə Ermənistanda, nə Qarabağda müraciət etmədiyimiz struktur qalmayıb. Heç kim bizi rədd etmir. Amma nəticəsini biz görmürük. Yeddi ay keçib. Hamı deyir ki, bu gün, sabah, bir ay sonra. Amma bizə konkret tarix demirlər”, – etiraz aksiyasının iştirakçılarından biri deyib.
Əsirlərin qohumları məsələ həll edilənə qədər müddətsiz oturaq etiraz aksiyası elan ediblər.
“Bizim başqa gedəcək yerimiz yoxdur. Ancaq bu yol qalıb”, – digər etirazçı bildirib.
Aksiya iştirakçıları jurnalistlərə danışıblar ki, Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanla görüşdə ondan ümidverici informasiya ala bilməyiblər.
“O, konkret heç nə deyə bilmir. O, bizdən gözləməyimizi, səbrli olmağımızı xahiş edir. Amma mənim səbrim tükənib”, – hökumət binası qarşısında keçirilən aksiya iştirakçılarından biri deyib.
Başqa bir etirazçı aksiyanın ancaq Ermənistan hökumətinə yox, həm də beynəlxalq strukturlara ünvanlandığını açıqlayıb.
Qardaşı Azərbaycanda əsir olan Mels Ambardaryan deyib ki, bütün aksiya iştirakçıları ən çox “Bakıda əsirlərə qarşı absurd məhkəmələrdən” narahatdırlar:
“Bizim uşaqlar orda təkdirlər, heç bir köməksiz. Biz beynəlxalq təşkilatları vasitəçiləri göndərməyə, orada qanuniliyin qorunması üçün tədbirlər görməyə çağırırıq. Biz Ermənistan Respublikasının hakimiyyətini bir sıra beynəlxalq razılaşmaları, 21 ildir iştirakçısı olduğu Cenevrə konvensiyasını pozan Azərbaycana qarşı mümkün qədər tez iddi qaldırmağa çağırırıq. Və bunu çox tez eləmək lazımdır ki, biz Azərbaycanı dayandıra bilək”.
Əsirlərlə bağlı vəziyyət haqda təfərrüatlar
Az əvvələ qədər Ermənistanda rəsmi olaraq Azərbaycanda əsir saxlanılanları dəqiq sayı açıqlanmırdı. Ancaq bu günlərdə Nikol Paşinyan deyib ki, Azərbaycanda əsir saxlanıların ermənilərin təsdiqlənmiş sayı hazırda 60 nəfərdir. Baş nazir əvəzi bildirib ki, əsirlikdə daha 110 nəfərin olduğu haqda da müəyyən informasiya var.
Bununla yanaşı hüquq müdafiəçiləri geman edirlər ki, Azərbaycanda saxlanılan şəxslərin sayı 200 nəfərə yaxındır.
Bakı bu şəxslərin müharibədən sonra saxlanıldığını və onlardan bir qisminin diversant olduğu və “muzdluluq, terrorçuluq və hərbi cinayətlərin törədilməsi” maddələri ilə ittiham edildiklərini səbəb gətirərək, onları qaytarmaqdan imtina edir. Bakıda artıq erməni əsirlərin işi üzrə məhkəmə prosesləri gedir.
Ermənistan XİN vəziyyəti şərh edərək bildirib ki, Bakı əsirlərdən siyasi girov kimi istifadə edir.
Ermənistanın ombudsmeni hesab edir ki, Azərbaycanda saxlanılan erməni məhbuslar üzərində məhkəmə prosesləri beynəlxalq hüquq prinsiplərinə tamamən ziddir. Onlara qarşı cinayət işləri əsirlərin özlərinin “etirazçı ifadələrinə” əsaslanır.
Müharibədən sonra 89 əsir vətənə qayıdıb. Əsirlərin 15 nəfərdən ibarət sonuncu qrupu iyunun 12-də Ermənistana qayıdıb. Əvəzidə Ermənistan ikinci Qarabağ müharibəsinin nəticələrinə görə Azərbaycan tərəfinin nəzarəti altına qayıdan Ağdam rayonu ərazisindəki minalı sahələrin xəritəsini təqdim edib.
Hərbçilərin və digər saxlanılan şəxslərin, o cümlədən də həlak olanların meyitlərinin dəyişdirilməsi Ermənistan, Rusiya və Azərbaycan liderləri tərəfindən imzalanan və hərbi əməliyyatlara son qoyan 2020-ci il 10 noyabr üçtərəfli razılaşmasında nəzərdə tutulub.
Ermənistan artıq bütün azərbaycanlı əsirləri, o cümlədən də müharibədən əvvəl Qarabağda ağır cinayətlərə və qətlə görə mühakimə olunan şəxsləri qaytarıb.